sonnoqte.az
Xəbər başlıqları
  • 11:31 – “Minkənd” KSES açıldı, “Tekstil Klasteri”nin isə təməli qoyuldu - Fotolar 
  • 09:39 – Dövlət başçısı: Otuz ildən çoxdur Azərbaycanda siyasi və iqtisadi sabitlik hökm sürür 
  • 09:26 – Azərbaycan Prezidenti: Bərpaolunan enerji sahəsində çox böyük potensialımız var 
  • 09:22 – Dövlət başçısı: "Bu gün 2 mühüm sənəd imzalanacaq" 

Ermənistan MSK Karapetyanın seçki bloku ilə bağlı qərar verdi

6-06-2026, 08:48 29 dəfə baxılıb

Ermənistan MSK Karapetyanın seçki bloku ilə bağlı qərar verdi


Ermənistan Mərkəzi Seçki Komissiyası Respublika Partiyasının lideri Aram Sarkisyanın 7 iyuna təyin olunmuş parlament seçkilərində Rusiyanın adamı olan Samvel Karapetyanın "Güclü Ermənistan" blokunun qeydiyyatının etibarsız hesab edilməsi ilə bağlı müraciətini rədd edib.

Qərar ötən gecə yerli televiziya kanallarında yayımlanan növbədənkənar iclasda qəbul edilib. MSK sədri Vahaqn Hovakimyan qərarı oxuyub: "Mərkəzi Seçki Komissiyası "Güclü Ermənistan" blokunun seçki siyahısının qeydiyyatının ləğvi üçün məhkəmə iddiası qaldırmaq üçün heç bir əsas olmadığını müəyyən edib. Mərkəzi Seçki Komissiyası Aram Sarkisyanın 5 iyun tarixli müraciətini rədd etmək qərarına gəlib və bu qərar dərc edildiyi andan qüvvəyə minir".

Qərardan üç təqvim günü ərzində apelyasiya şikayəti verilə bilər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO