sonnoqte.az
Xəbər başlıqları
  • 19:21 – 2030-cu ilə qədər kənd təsərrüfatı sahəsinin inkişafına dair yeni Dövlət Proqramı təsdiqlənib 
  • 10:46 – İlham Əliyev İordaniya Kralını təbrik edib 
  • 11:37 – İlham Əliyevin sosial media hesabında WUF13-lə bağlı paylaşım edilib 
  • 09:00 – Dövlət başçıların İlham Əliyevə təbrikləri davam edir - YENİLƏNİB 

Köçəryandan etiraf: 44 günlük müharibəni Ermənistan özü yaxınlaşdırdı

Bu gün, 08:54 1 dəfə baxılıb

Köçəryandan etiraf: 44 günlük müharibəni Ermənistan özü yaxınlaşdırdı


Ermənistanın ikinci prezidenti Robert Köçəryan 44 günlük müharibənin Ermənistanın siyasəti nəticəsində qaçılmaz hala gəldiyini etiraf edib.

 Köçəryan müsahibəsində müharibənin Ermənistan tərəfindən təhrik olunduğunu bildirib. Onun sözlərinə görə, əgər özü hakimiyyətdə olsaydı, 44 günlük müharibə baş verməzdi.

“44 günlük müharibə Ermənistan tərəfindən təhrik olunub. Mənim buna heç bir şübhəm yoxdur”, — deyə Köçəryan bildirib.

Aparıcının “Yəni müharibəni məhz Ermənistan təhrik edib?” sualına cavab verən Köçəryan bunu təsdiqləyib.

“Ermənistan 44 günlük müharibəni təhrik etdi”, — deyə o qeyd edib.

Aparıcının “Deməli, Azərbaycan hücum etməyə hazırlaşmırdı, biz özümüz vəziyyəti buna gətirdik?” sualına isə Köçəryan belə cavab verib: “Biz müharibənin qaçılmaz olması üçün hər şeyi etdik”.

Köçəryan həmçinin Nikol Paşinyanın Praqada imzaladığı sənədlə Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımasına da toxunub. Onun sözlərinə görə, bundan sonra 9 noyabr 2020-ci il bəyanatının müddəaları pozulub və proses məhz həmin qərardan sonra dəyişib.musavat.com






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO