sonnoqte.az
Xəbər başlıqları
  • 17:23 – Prezidentlə ailəsi İslam Səfərli küçəsinin açılışında - FOTOLAR 
  • 11:51 – İlham Əliyev Avropa çempionatında komanda hesabında çempion olan güləşçiləri qəbul edib - Yenilənib 
  • 11:30 – Azərbaycan sahibkarları Prezident İlham Əliyevə müraciət edib 
  • 13:45 – Prezident "ASAN Xidmət"lə bağlı fərman İMZALADI 

Türkiyəyə gedənlər üçün şad xəbər: Ərdoğan qərar imzaladı

Bu gün, 09:00 2 dəfə baxılıb

Türkiyəyə gedənlər üçün şad xəbər: Ərdoğan qərar imzaladı


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan cari ilin 31 dekabrınadək yerləşmə (yaşayış) vergisinin mövcud olan 2 faizdən 1 faizə salınması haqqında sərəncam imzalayıb.

Müvafiq sənəd 1 may cümə günü hökumətin rəsmi mətbuat orqanı sayılan "Resmi Gazete"də yayımlanıb və elan edildiyi andan etibarən qüvvəyə minib.

İctimaiyyət arasında "turist vergisi" adlandırılan yaşayış rüsumu Türkiyə ərazisində 2023-cü ilin 1 yanvar tarixindən etibarən tətbiq olunur. Bu vəsait mehmanxana, motel, kempinq və digər müvəqqəti yaşayış obyektlərində tutulur. Vergi rəsmi qaydada obyekt sahibi tərəfindən ödənilsə də, reallıqda həmin məbləğ turun dəyərində və ya müştərinin yekun çekində öz əksini tapır. Pansionat, yataqxana və düşərgələrdə qalan tələbələr, o cümlədən Türkiyədə diplomatik statusla fəaliyyət göstərən nümayəndəliklərin və beynəlxalq qurumların akkreditasiyadan keçmiş işçiləri bu ödənişdən azad ediliblər.//Oxu.az






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO