sonnoqte.az
Xəbər başlıqları
  • 11:17 – İlham Əliyevin Çexiyanın Baş naziri ilə təkbətək görüşü keçirilib - FOTOLAR 
  • 17:41 – İlham Əliyev “Sülh və Barışıq üçün Gernika mükafatı”na layiq görüldü 
  • 14:41 – Zelenski Azərbaycandadır - Prezident Qəbələdə qarşıladı - Video 
  • 14:30 – Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - Fotolar 

ABŞ və İran razılaşa bilmir: Pakistan vasitəçiliyə girişdi

Bu gün, 09:00 2 dəfə baxılıb



Pakistan rəhbərliyi ABŞ və İran arasında dalana dirənmiş danışıqları xilas etmək üçün fəal diplomatik səylər göstərir.

Bu barədə Associated Press İslamabaddakı mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, danışıqların ikinci raundunun başlanmasına tərəflər arasında ciddi fikir ayrılıqları mane olur. İran tərəfi ABŞ-nin öz limanlarına tətbiq etdiyi blokadanın aradan qaldırılmasını əsas şərt kimi irəli sürür.

Eyni zamanda, ABŞ prezidenti Donald Tramp fərqli mövqe sərgiləyərək Hörmüz boğazının açılmasını və İranın nüvə proqramı ilə bağlı ciddi güzəştlərə getməsini tələb edir.

Mənbələr bildirir ki, mövcud ziddiyyətlər aradan qaldırılmadan danışıqların irəliləməsi çətin görünür. Pakistan isə vasitəçi rolunda çıxış edərək tərəfləri kompromisə gətirməyə çalışır və prosesin tam çökməsinin qarşısını almağa cəhd göstərir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO