sonnoqte.az
Xəbər başlıqları
  • 11:55 – Prezident yeni səfiri qəbul etdi - FOTOLAR 
  • 14:34 – Prezident onları "Tərəqqi" medalı ilə təltif edib 
  • 11:33 – Prezident qəbul keçirdi - Fotolar 
  • 11:27 – Türkiyənin daxili işlər naziri İlham Əliyevin qəbulunda - Fotolar 

Son Dəqiqə: Livanın cənubundakı Bint Cbeil şəhəri mühasirəyə alınıb

Bu gün, 08:35 2 dəfə baxılıb

Son Dəqiqə: Livanın cənubundakı Bint Cbeil şəhəri mühasirəyə alınıb


İsrail qüvvələri Livanın cənubundakı Bint Cbeyl şəhərinin mühasirəsini başa çatdırıb.

"Bu barədə İsrail Müdafiə Qüvvələrinin Şimal Komandanlığının komandanı general-mayor Rafi Milo məlumat verib.

"Hərbçilərlə əməliyyat görüşü keçirib. Eyni zamanda, İsrail Müdafiə Qüvvələrinin qoşunları Livanın cənubunda bütün cəbhə xətti boyunca əməliyyatlar aparır və Hizbullahın terrorçu infrastrukturunu məhv edir. Biz ölkənin şimal bölgələrində təhdidləri aradan qaldırmaq və sakinlərin təhlükəsizliyini təmin etmək üçün qətiyyətli hərəkət etməyə davam edəcəyik", - deyə Milo qeyd edib.

Bint Cbeyl İsrail ilə sərhəddən 4 kilometr şimalda yerləşir və Hizbullahın cənubi Livandakı ən vacib qalalarından biri hesab olunur. 2006-cı ilin yayında baş verən İkinci Livan müharibəsi zamanı İsrail ordusu şəhər uğrunda Hizbullah qüvvələri ilə şiddətli döyüşlər aparsa da, sonda onu ələ keçirə bilmədi.

İsrail tərəfi Livan ərazisindəki əməliyyatları "müdafiə üçün irəli" şüarı altında həyata keçirir. Məqsəd, şimali İsrail yaşayış məntəqələrini atəşdən qorumaq üçün cənubi Livanda Litani çayının cənubunda bufer zonası yaratmaqdır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO