sonnoqte.az
Xəbər başlıqları
  • 14:34 – Prezident onları "Tərəqqi" medalı ilə təltif edib 
  • 11:27 – Türkiyənin daxili işlər naziri İlham Əliyevin qəbulunda - Fotolar 
  • 08:58 – İlham Əliyev: Azərbaycan və İran daim bir-birinin yanında olmağa davam edəcək 
  • 11:30 – İlham Əliyev Türkiyənin Vitse-prezidentini qəbul edib 

Amerikalılar təşviş içində: İrana rüsum ödəmək məcburiyyətində qalacaqlar

9-04-2026, 14:22 5 dəfə baxılıb



ABŞ-nin neft şirkətləri Hörmüz boğazından keçid üçün ödəniş edilməsi tələbinə qarşı çıxıblar.

Bu barədə "Politico" nəşri məlumat yayıb.

Neft sənayesinin nümayəndələri bildiriblər ki, İranın bu tələbinə güzəştə gedilməsi hər bir daşıma xərclərinin yol rüsumları və yüksək sığorta tarifləri şəklində 2,5 milyon dollar artmasına səbəb olacaq. Bu əlavə maliyyə yükü isə birbaşa istehlakçıların üzərinə düşəcək.

Bundan əlavə, boğaz üzərində nəzarətin İrana verilməsinin Sinqapur və Türkiyə də daxil olmaqla digər ölkələr üçün presedent yarada biləcəyi qeyd olunur. Şirkətlər bu narahatlıqlarını ABŞ prezidentinə daha yumşaq formada çatdırsalar da, vəziyyətin ciddiliyi vurğulanır.

"Kpler" qlobal gəmiçilik şirkətinin "The New York Times"a verdiyi məlumata görə, çərşənbə axşamı əldə edilən atəşkəsdən sonra boğazdan bir dənə də olsun neft və ya qaz tankeri keçməyib. Yalnız dörd quru yük gəmisi boğazı keçə bilib.

Çərşənbə günü günorta saatlarında İran dövlət mediası boğazın "tamamilə bağlandığını" və bəzi tankerlərin geri qaytarıldığını elan edib. Bu bəyanat SEPAH-a bağlı media qurumlarının, İsrailin Livana endirdiyi ölümcül zərbələrə cavab olaraq hərəkətin dayandırılması barədə xəbərlərindən sonra verilib.

"Kpler"in media ilə əlaqələr meneceri Nikos Pofitakis bildirib ki, rəsmi statusundan asılı olmayaraq, boğaz hazırda faktiki olaraq bağlıdır. İran dövlət televiziyası isə minalar səbəbindən gəmilərin İran Hərbi Dəniz Qüvvələri ilə koordinasiyalı hərəkət etməli olduqlarını və xüsusi marşrutlardan istifadə etməli olduqlarını açıqlayıb.

"The Wall Street Journal"ın qeyd etdiyi kimi, son iki gün ərzində Hörmüz boğazından cəmi dörd gəmi keçib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO