sonnoqte.az
Xəbər başlıqları
  • 08:58 – İlham Əliyev: Azərbaycan və İran daim bir-birinin yanında olmağa davam edəcək 
  • 10:47 – Prezident TDT-yə üzv dövlətlərin hökumət başçılarını qəbul etdi - FOTOLAR 
  • 12:22 – Minatəmizləmə zamanı həlak olanların ailə üzvlərinə Prezident təqaüdü veriləcək 
  • 08:11 – Prezidentin sosial şəbəkə hesablarında Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım edildi 

Tramp qəzəbləndi: ABŞ qələbə qazanıb

Bu gün, 09:20 5 dəfə baxılıb

Tramp qəzəbləndi: ABŞ qələbə qazanıb


İran Ali Milli Təhlükəsizlik Şurasının İslam Respublikasının Amerika üzərində qələbə qazanması ilə bağlı bəyanatı ABŞ Prezidenti Donald Trampı qəzəbləndirib və o, bunu yayan CNN-i dezinformasiyada günahlandırıb.
 Tramp bu barədə "Truth Social" hesabında yazıb.

"CNN World News" tərəfindən yayımlanan bəyanat, CNN-in də yaxşı bildiyi kimi saxtakarlıqdır", - ABŞ Prezidenti bildirib və əlavə edib ki, İranın rəsmi bəyanatı xarici işlər naziri Abbas Əraqçinin sosial şəbəkə hesablarında bölüşdüyü sənəddir:

"O bəyanatı (Əraqçinin yaydığı sənədi) "Truth"da ("Truth Social") paylaşdım. Səlahiyyətlilər saxta "CNN World" Bəyanatının verilməsində cinayət izi müəyyən etməyə çalışırlar. CNN-ə hər zamankı kimi bərbad reportajlarına görə tam üzr istəyərək bu bəyanatı dərhal geri götürməsi əmr edilir. Araşdırmanın nəticələri yaxın gələcəkdə elan ediləcək".

"Tam və qəti qələbə, 100 faiz və bu barədə heç bir şübhə yoxdur", - Tramp atəşkəs elan edildikdən qısa müddət sonra telefonla qısa müsahibəsində deyib.

ABŞ lideri razılaşma pozularsa, İranın mülki elektrik stansiyalarını və körpülərini darmadağın etmək barədə ilkin təhdidlər barədə suala ətraflı cavab verməyib. "Bunu görməli olacaqsınız", - Tramp AFP-yə deyib.

Onun sözlərinə görə, İranın zənginləşdirilmiş uranı məsələsi həll ediləcək:

"İranı iki həftəlik atəşkəs razılaşmasına üçün danışıqlar masasına gətirməyə Çinin kömək etdiyinə inanıram".

"The New York Times" məlumat yayıb ki, İranın Ali Rəhbəri Müctəba Xamenei ABŞ və İsraillə 2 həftəlik atəşkəs təklifini təsdiqləyib.

İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ və İsraillə atəşkəslə bağlı açıqlama yayıb.

Əraqçi açıqlamasında yazıb: “Pakistan Baş nazirinin qardaşcasına müraciətinə, ABŞ-ın 15 maddəlik təklifləri əsasında danışıqlar çağırışına və ABŞ prezidentinin İranın 10 maddəlik təkliflərinin ümumi qəbulunu danışıqların əsası kimi elan etməsinə cavab olaraq, İranın Ali Milli Təhlükəsizlik Şurası adından bəyan edirəm:

- Əgər İran İslam Respublikasına qarşı hücumlar dayandırılarsa, güclü silahlı qüvvələrimiz də müdafiə xarakterli əməliyyatlarını dayandıracaq.

- İran silahlı qüvvələri ilə koordinasiya şəraitində və mövcud texniki məhdudiyyətlər nəzərə alınmaqla, iki həftə müddətində Hörmüz boğazından təhlükəsiz keçid mümkün olacaq”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO