sonnoqte.az
Xəbər başlıqları
  • 08:58 – İlham Əliyev: Azərbaycan və İran daim bir-birinin yanında olmağa davam edəcək 
  • 10:47 – Prezident TDT-yə üzv dövlətlərin hökumət başçılarını qəbul etdi - FOTOLAR 
  • 12:22 – Minatəmizləmə zamanı həlak olanların ailə üzvlərinə Prezident təqaüdü veriləcək 
  • 08:11 – Prezidentin sosial şəbəkə hesablarında Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım edildi 

İran və ABŞ atəşkəsə razılaşdı

Bu gün, 08:13 6 dəfə baxılıb

İran və ABŞ atəşkəsə razılaşdı


İran ilə ABŞ və onların müttəfiqləri atəşkəs barədə razılığa gəliblər.

"Bunu Pakistanın Baş naziri Şahbaz Şərif "X" sosial şəbəkə hesabında yazıb.

"Böyük təvazökarlıqla elan etməkdən məmnunluq duyuram ki, İran İslam Respublikası və Amerika Birləşmiş Ştatları, öz müttəfiqləri ilə birlikdə, Livan və digər ərazilər də daxil olmaqla, hər yerdə atəşkəs barədə razılığa gəliblər",- o bildirib və əlavə edib ki, atəşkəs razılaşması dərhal qüvvəyə minməlidir:

"Bu müdrik jesti hərarətlə alqışlayır, hər iki ölkənin rəhbərliyinə ən dərin minnətdarlığımı bildirir və bütün mübahisələri həll edəcək yekun razılaşma üzrə əlavə danışıqlar aparmaq məqsədilə onların nümayəndə heyətlərini 10 aprel 2026-cı il, cümə günü İslamabada dəvət edirəm".

Ş. Şərif qeyd edib ki, "İslamabad Danışıqları" davamlı sülhə nail olmaqda uğur qazanacaq.(Report)






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO