sonnoqte.az
Xəbər başlıqları
  • 11:54 – İlham Əliyev Gürcüstanın Azərbaycandakı səfirliyində olub, başsağlığı verib 
  • 12:00 – Prezident İlham Əliyev Şamaxı Avropa liseyinin yeni binasının açılışında iştirak edib VİDEO 
  • 11:54 – Prezident İlham Əliyev Şamaxıda “Şirvan Aqro” heyvandarlıq kompleksinin açılışında iştirak edib VİDEO 
  • 10:41 – Prezident İlham Əliyev Şamaxı rayonuna səfər edib VİDEO 

ABŞ-İran danışıqları: Vaxt açıqlandı, Tehranın şərti

Bu gün, 10:32 1 dəfə baxılıb

ABŞ-İran danışıqları: Vaxt açıqlandı, Tehranın şərti


ABŞ-İran arasında görüş bu həftə baş tuta bilər.

Bunu ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkov deyib.
O deyib ki, iranlılarla görüşün bu həftə baş tutacağına inanırıq. "Masada bir müddət əvvəl iranlılara çatdırılan 15 maddəlik razılaşma var. Onların cavabını gözləyirik və bu, bütün məsələləri həll edəcək. Bu, uranın zənginləşdirilməsi məsələsini həll edəcək. Bu, digər məsələləri də həll edəcək", - o qeyd edib.

İran  tərəfi isə sülh danışıqlarının başlanması üçün iki şərt irəli sürüb.
 SEPAH sözçüsü  “Pars Today”a açıqlamasında  deyib ki, İsrail rejimi tamamilə məhv edilənə və ABŞ regiondan tamamilə qovulana qədər biz heç bir yalançı sülh və ya qısamüddətli atəşkəs çağırışlarını qəbul etməyəcəyik.

İran Silahlı Qüvvələrinin yüksək rütbəli sözçüsü Sərdar Şəkərçi də öz növbəsində qeyd edib ki, biz müharibəyə son qoymaq üçün şərtlər irəli sürürük və İranın düşmənləri onları qəbul etməyə məcbur olacaqlar.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO