sonnoqte.az
Xəbər başlıqları
  • 20:30 – Prezident ABŞ-də səfərdədir - Foto 
  • 09:06 – Vens Bakıda Arayikgildən danışıb - “Mövqeyimizi ifadə etdim, vəssalam” 
  • 08:16 – İlham Əliyev: Yeni dünya nizamı "kim güclüdür, o da haqlıdır" anlamına gəlməməlidir 
  • 08:12 – Prezident: Bu gün Azərbaycan həm Şərqdə, həm də Qərbdə ehtiyac duyulan ölkədir 

Avropa ölkələrindən İrandakı vətəndaşları ilə bağlı çağırış: DƏRHAL TƏRK EDİN, YOXSA…

Bu gün, 10:23 2 dəfə baxılıb

Avropa ölkələrindən İrandakı vətəndaşları ilə bağlı çağırış: DƏRHAL TƏRK EDİN, YOXSA…


Fransa, İsveç və Almaniya İranla ABŞ arasındakı gərginliyin hər an müharibə çevrilə biləcəyi səbəbindən vətəndaşlarını təcili ölkəni tərk etməyə çağırıblar.

Səfirlik rəsmiləri təhlükəsizlik vəziyyətinin daha da pisləşməsini və hərbi toqquşmaların baş  vermə ehtimalını istisna etməyiblər. Potensial münaqişə halında diplomatik nümayəndəliklərin fəaliyyət dairəsinin məhdudlaşdırılacağını vurğulanan bəyanatda  alamn vətəndaşlaırna xəbərdarlıq edilib ki, Xarici İşlər Nazirliyi və Tehrandakı Almaniya səfirliyi ölkədən çıxmaqla bağlı demək olar ki, heç bir dəstək göstərə bilməyəcək.

İsveçin xarici işlər naziri Maria Malmer Stenergard sosial media hesabında İrandakı İsveç vətəndaşlarının ölkəni dərhal tərk etmək barədə çağırış edib.

"İsveçlilər İranı tərk etməlidirlər və gözləməməlidirlər. İranda qalmağı seçənlər böyük şəxsi məsuliyyət daşıyırlar. Bu məqamda Xarici İşlər Nazirliyi İrandan təxliyəyə kömək edə bilməz".
 Fransa da İrandakı vətəndaşlarına oxşar formada təcili ölkəni tərk etmək barədə  çağırış edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO