sonnoqte.az
Xəbər başlıqları
  • 20:30 – Prezident ABŞ-də səfərdədir - Foto 
  • 09:06 – Vens Bakıda Arayikgildən danışıb - “Mövqeyimizi ifadə etdim, vəssalam” 
  • 08:16 – İlham Əliyev: Yeni dünya nizamı "kim güclüdür, o da haqlıdır" anlamına gəlməməlidir 
  • 08:12 – Prezident: Bu gün Azərbaycan həm Şərqdə, həm də Qərbdə ehtiyac duyulan ölkədir 

Şoyqudan Ermənistana SƏRT MESAJ: “Bir gecədə çökə bilər”

Dünən, 14:22 1 dəfə baxılıb



Ermənistan hakimiyyətinin respublikanın dəmir yollarının idarəçiliyində Rusiya ilə əməkdaşlığı əvəz etmək istəyi kifayət qədər işlənməmiş qərardır və bu addımdan sonra formalaşmış sistem “bir gecədə çökə bilər”.

Bunu TASS agentliyinə müsahibəsində Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu deyib.

Şoyqu bildirib ki, digər dövlətlərin dəmir yolu təsərrüfatını idarə etmək imkanlarını qiymətləndirmək istəmir, lakin əmindir ki, uzun illərdir Ermənistanda mürəkkəb şəraitdə fəaliyyət göstərən Rusiya dəmir yolu operatorunu tam şəkildə əvəz edə biləcək başqa şirkət tapmaq çətin olacaq.

O, həmçinin Ermənistanın ABŞ ilə nüvə sahəsində mümkün əməkdaşlıq planlarına toxunaraq bildirib ki, kifayət qədər düşünülməmiş belə qərarlar gələcəkdə sadə Ermənistan vətəndaşları üçün riskli nəticələr yarada bilər.

Şoyqunun sözlərinə görə, təxminən iyirmi il ərzində qurulmuş sistem qısa müddətdə dağıla bilər və bunun məsuliyyətini heç bir “dost ölkə” öz üzərinə götürməyəcək.

O əlavə edib ki, Ermənistan rəhbərliyinin mühüm qərarlar qəbul edərkən ilk növbədə öz vətəndaşlarının maraqlarını nəzərə alacağına ümid edir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO