sonnoqte.az
Xəbər başlıqları
  • 22:25 – "ABŞ-ın strateji tərəfdaşı olmaq böyük şərəfdir" - Prezident 
  • 17:22 – Bakıda ABŞ Vitse-prezidentinin rəsmi qarşılanma mərasimi olub - VİDEO 
  • 08:18 – Prezident: Üzərində işlədiyimiz layihələrdən biri "Tramp Marşrutu" vasitəsilə ötürücü xəttlərin çəkilməsidir 
  • 17:57 – Komitə sədri icra başçısı təyin edildi - SƏRƏNCAM 

ABŞ İrana yaxınlaşır, Türkiyə türk dünyasını birləşdirir: Kremlçi türkoloqdan şok açıqlama

9-02-2026, 16:00 3 dəfə baxılıb



ABŞ-nin Yaxın Şərq və Cənubi Qafqazda atdığı addımlar regionda yeni geosiyasi balans formalaşdırır.

Musavat.com xəbər verir ki, rusiyalı şərqşünas və türkoloq Viktor Nadein-Rayevski bu proseslərin fonunda Türkiyənin xüsusi gözləmə mövqeyi tutduğunu bildirib.

Ekspertin sözlərinə görə, Vaşinqtonun əsas məqsədi bölgəyə iqtisadi və strateji nəzarəti gücləndirmək, eyni zamanda İranla birbaşa təmas xətti əldə etməkdir. Bu planın tərkib hissəsi kimi TRIPP (Zəngəzur) layihəsi ABŞ üçün regional nəzarət alətinə çevrilir.

Nadein-Rayevski hesab edir ki, bu ssenaridə Türkiyə faktiki olaraq passiv görünür, lakin prosesin əsas qazanan tərəflərindən biri məhz Ankara olacaq. ABŞ-nin atdığı addımlar nəticəsində Türkiyənin qarşısında türk dünyasına doğru maneəsiz geosiyasi yol açılır.

Ekspert vurğulayıb ki, pan­türkizm ideyasının bu formada reallaşması Rusiya üçün ciddi təhlükələr yaradır, Ermənistan üçün isə strateji baxımdan son dərəcə ağır nəticələr vəd edir. Onun fikrincə, Ankaranın “yeni türk dünyasına” çıxışı Orta Asiyadan başlayaraq Çin sərhədlərinədək uzanan geniş bir coğrafiyanı əhatə edə bilər.

Bu mənzərədə Türkiyə birbaşa riskə getmədən, ABŞ-nin açdığı geosiyasi imkanlardan maksimum faydalanmağa çalışır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO