sonnoqte.az
Xəbər başlıqları
  • 12:00 – Prezident İlham Əliyev Şamaxı Avropa liseyinin yeni binasının açılışında iştirak edib VİDEO 
  • 10:41 – Prezident İlham Əliyev Şamaxı rayonuna səfər edib VİDEO 
  • 09:00 – Mehriban Əliyeva Ramazan bayramı münasibətilə paylaşım edib 
  • 08:57 – İlham Əliyev Ramazan bayramı münasibətilə paylaşım edib 

ABŞ İrana mümkün hücumu ilə bağlı tarix açıqlandı

28-01-2026, 08:27 12 dəfə baxılıb

ABŞ İrana mümkün hücumu ilə bağlı tarix açıqlandı


İsrail Müdafiə Qüvvələri(İDF) 31 yanvar və ya 1 fevralda ABŞ-ın İrana mümkün hücumuna hazırlaşır.

Bu barədə "The War Zone" nəşrinin yüksək vəzifəli İDF rəsmisinə istinadən məlumat verib.

Ordu rəsmisi Vaşinqtonun planlarının dəyişə biləcəyini və hər şeyin bir nəfərin qərarından asılı olduğunu bildirib. O, ABŞ prezidenti Donald Trampı nəzərdə tutub.

İsrail hakimiyyəti xarici aviaşirkətlərə 31 yanvar və 1 fevralda səmada "yüksək risk" olacağını bildirib.

Mənbələr "Middle East Eye"yə bildiriblər ki, ABŞ bu həftə İrana hücum edə bilər. Mənbələr hücumun vaxtının dəyişə biləcəyini vurğulayıblar. İddia edirlər ki, hədəf İranda etirazçıların ölümünə görə məsuliyyət daşıyan yüksək vəzifəli İran rəsmiləri və komandirləri olacaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO