sonnoqte.az
Xəbər başlıqları
  • 12:00 – Prezident İlham Əliyev Şamaxı Avropa liseyinin yeni binasının açılışında iştirak edib VİDEO 
  • 10:41 – Prezident İlham Əliyev Şamaxı rayonuna səfər edib VİDEO 
  • 09:00 – Mehriban Əliyeva Ramazan bayramı münasibətilə paylaşım edib 
  • 08:57 – İlham Əliyev Ramazan bayramı münasibətilə paylaşım edib 

“Bu, Hitler üslubunda böyük yalandır”

26-01-2026, 09:31 10 dəfə baxılıb

“Bu, Hitler üslubunda böyük yalandır”


İranın Xarici İşlər Nazirliyi (XİN) ölkədə baş verən toqquşmalarda ölənlərin sayının 30 min nəfərə çata biləcəyi ilə bağlı xəbərləri təkzib edib. 

Bu barədə İran XİN-in rəsmi nümayəndəsi İsmayıl Bəqai “X” sosial şəbəkəsindəki hesabında yazıb. 

“Hitler üslubunda böyük yalan. Bu, onların İran küçələrində öldürməyi planlaşdırdıqları insanların sayı deyilmi?! Lakin buna nail ola bilmədilər və indi mətbuatda belə feyklər yaymağa çalışırlar. Əsl qəddarlıqdır!”, - paylaşımda deyilir.  

Qeyd edək ki, ötən gün mətbuatda İranda baş verən toqquşmalarda ölənlərin sayının 30 min nəfərə çata biləcəyi ilə bağlı xəbərlər yayılıb. İranın xarici işlər naziri Seyid Abbas Araqçı isə iğtişaşlar zamanı 3117 nəfərin öldüyünü açıqlamışdı. 

Xatırladaq ki, dekabrın 28-də İranda milli valyutanın devalvasiyası ilə başlayan etiraz dalğası ötən həftələrdə daha da şiddətlənmişdi. Ölkə rəsmiləri bir neçə gün əvvəl aksiyalara tamamilə son qoyulduğunu açıqlayıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO