sonnoqte.az
Xəbər başlıqları
  • 20:09 – Prezident məmurlara tapşırıq verdi 
  • 11:16 – Prezidentin sosial media səhifələrində ABŞ Vitse-prezidenti ilə görüşünə dair video paylaşılıb 
  • 11:06 – Azərbaycan Prezidenti Pezeşkianı təbrik edib 
  • 08:42 – Prezident Vensə bu fotoları göstərdi - VİDEO 

Savaş an məsələsi: ABŞ Yaxın Şərqdəki bazalarını boşaldır

15-01-2026, 09:30 10 dəfə baxılıb



ABŞ Yaxın Şərqdə təhlükəsizlik vəziyyətinin kəskin şəkildə pisləşməsi fonunda regionda yerləşən bir sıra əsas hərbi bazalardan qoşunlarını geri çəkməyə başlayıb.

Bu barədə Reuters ABŞ rəsmilərinə istinadən məlumat yayıb.

Məlumata görə, proses tammiqyaslı evakuasiya xarakteri daşımır və əsasən təhlükəsizlik məqsədilə şəxsi heyətin qismən çıxarılması və yenidən yerləşdirilməsini nəzərdə tutur. Vaşinqton bu addımı regionda artan gərginlik və mümkün hücum riskləri ilə əsaslandırır.

Reuters-in bildirdiyinə görə, tədbirlər çərçivəsində ABŞ-ın Yaxın Şərqdəki ən böyük hərbi obyektlərindən biri olan Qətərdəki “Əl-Udeyd” aviabazasında da şəxsi heyətin sayı azaldılıb. Sözügedən baza ABŞ-ın region üzrə hava əməliyyatlarının əsas mərkəzi hesab olunur.

Qərarın ABŞ–İran münasibətlərində artan gərginlik, eləcə də bölgədə mümkün hərbi eskalasiya təhlükəsi fonunda qəbul edildiyi vurğulanır. ABŞ rəsmiləri bildirirlər ki, mövcud şəraitdə hərbçilərin təhlükəsizliyinin təmin edilməsi prioritet məsələdir.

Analitiklərin fikrincə, ABŞ-ın bu addımı Yaxın Şərqdə böyük qarşıdurma ehtimalının artdığını göstərən ciddi xəbərdarlıq siqnalı kimi qiymətləndirilir və regionda proseslərin daha da sərtləşə biləcəyinə işarə edir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO