sonnoqte.az
Xəbər başlıqları
  • 12:00 – Prezident İlham Əliyev Şamaxı Avropa liseyinin yeni binasının açılışında iştirak edib VİDEO 
  • 10:41 – Prezident İlham Əliyev Şamaxı rayonuna səfər edib VİDEO 
  • 09:00 – Mehriban Əliyeva Ramazan bayramı münasibətilə paylaşım edib 
  • 08:57 – İlham Əliyev Ramazan bayramı münasibətilə paylaşım edib 

İran pulu “sıfır”a düşdü - Tarixi çöküş

13-01-2026, 08:53 9 dəfə baxılıb

İran pulu “sıfır”a düşdü - Tarixi çöküş


İranda illərdir davam edən iqtisadi sanksiyalar, yüksək inflyasiya və neft ixracına qoyulan məhdudiyyətlər valyutanın devalvasiyasına səbəb olub.

 “Qafqazinfo” xəbər verir ki, ölkənin milli valyutası rial avro və dollara qarşı faktiki olaraq “0,00” səviyyəsinə enib.

Rialın kəskin devalvasiyası 28 dekabr 2025-ci ildən bəri fasiləsiz davam edən etirazları da “körükləyib”. Nümayişlərdə onlarla insan həyatını itirib, minlərlə insan saxlanılıb.

Valyutanın dollar və avroya qarşı rekord səviyyədə düşməsi, inflyasiyanın artması və yaşayış xərclərinin yüksəlməsi etirazçıların əsas narahatlığını təşkil edir. 28 dekabrdan bəri davam edən nümayişlər iqtisadi problemlərlə başlayıb, lakin son günlərdə siyasi islahatlar və hakimiyyətə etiraz şüarları da davam edir.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO