sonnoqte.az
Xəbər başlıqları
  • 12:00 – Prezident İlham Əliyev Şamaxı Avropa liseyinin yeni binasının açılışında iştirak edib VİDEO 
  • 10:41 – Prezident İlham Əliyev Şamaxı rayonuna səfər edib VİDEO 
  • 09:00 – Mehriban Əliyeva Ramazan bayramı münasibətilə paylaşım edib 
  • 08:57 – İlham Əliyev Ramazan bayramı münasibətilə paylaşım edib 

Atəşkəs elan olundu

9-01-2026, 09:53 10 dəfə baxılıb



Suriya ordusu şəhərdəki gərginliyi azaltmaq üçün Hələbdə atəşkəs elan edib.

Məlumatı ölkənin Müdafiə Nazirliyi yayıb.

"Hələbin Şeyx Maqsud, Əşrəfiyyə və Bani-Zeyd rayonlarında yerli vaxtla saat 3:00-dan etibarən atəşkəs elan ediləcək. Silahlı qruplardan ərazini tərk etmələri tələb olunur. Suriya ordusu müşayiət və təhlükəsiz keçid təmin etməyi öhdəsinə götürür", - məlumatda deyilir.

Qeyd olunur ki, daxili təhlükəsizlik qüvvələri Suriya ordusu ilə birlikdə silahlı qrupların geri çəkilməsi üçün mexanizm təşkil edir. Nazirlik qərarın vəziyyətin yumşaldılmasına, şəhər qurumlarının fəaliyyətini bərpa etməyə və münaqişə zonasında mülki şəxslərin qorunmasına yönəldiyini vurğulayıb.

Qeyd edək ki, Suriyanın şimal paytaxtında vəziyyət 6 yanvarda Suriya Demokratik Qüvvələrinin (SDQ) hökumət mövqelərinə hücum etmək üçün dronlardan istifadə etməsi ilə gərginləşib. Bir əsgər həlak olub, bir neçəsi yaralanıb. Atəşkəsin pozulmasına cavab olaraq Suriya ordusu Şeyx Maqsud rayonundakı kürd sursat anbarını məhv edib. Bunun ardınca Hələbin bir neçə rayonunda şiddətli atışmalar baş verib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO