sonnoqte.az
Xəbər başlıqları
  • 19:27 – İcra başçısı vəzifəsindən azad edildi - SƏRƏNCAM 
  • 10:38 – İlham Əliyev Sumqayıtda zavod açılışında iştirak edib 
  • 08:49 – Tramp Prezident İlham Əliyevə təşəkkür edib 
  • 19:41 – Prezident ailəsinin Trampla - Fotoları 

Mübariz Mənsimovun adı yeni qalmaqalda

9-01-2026, 09:36 14 dəfə baxılıb

Mübariz Mənsimovun adı yeni qalmaqalda


Küçükçekmece Respublika Prokurorluğu tərəfindən ötən ay bağlanan “Ekol TV”-yə qarşı "çirkli pulların yuyulması" iddiaları ilə bağlı başladılan istintaq genişləndirilib.

 “Ekol TV” ilə bağlı istintaq genişlənərək, yeni adlar əlavə edilib.
Bu barədə  açıqlam verən  Ersan Şen deyib ki, “Ekol TV”-nin "çirkli pulların yuyulması" iddiası ilə bağlı istintaq genişləndirilib. Bura iş adamı Mübariz Mənsimov, Veysel Şahin (mərc oyunlarının böyük bir qolu olduğu iddia edilir), “Ekol TV”-nin baş redaktoru Emrah Doğru və vəkil Ersan Şen işə əlavə ediliblər.

X hesabatından verdiyi açıqlamada, professor Dr. Ersan Şen iddialarla heç bir əlaqəsi olmadığını vurğulayaraq qeyd edib: "Əgər araşdırma aparılarsa, əlbəttə ki, nəticəsini hörmətlə gözləyəcəyik. “Ekol TV” ilə bağlı olaraq bildirmək istəyirəm ki, onun yaradılmasından, idarə olunmasından, bağlanmasından əvvəl və sonra heç bir mərhələdə maddi, mənəvi iştirakım olmayıb. Heç bir mərhələdə peşəkar töhfə verməmişəm. Əgər araşdırma aparılarsa, şübhəsiz ki, həqiqət üzə çıxacaq”

Təxminən iki ildir yayımlanan “Ekol TV” son iqtisadi çətinlikləri səbəb göstərərək 22 dekabr 2025-ci ildə fəaliyyətini dayandırmaq qərarına gəlib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO