sonnoqte.az
Xəbər başlıqları
  • 12:01 – Prezident İlham Əliyev "Abşeron" Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak edib 
  • 11:54 – Prezident İlham Əliyev Şamaxıda “Şirvan Aqro” heyvandarlıq kompleksinin açılışında iştirak edib VİDEO 
  • 10:41 – Prezident İlham Əliyev Şamaxı rayonuna səfər edib VİDEO 
  • 09:00 – Mehriban Əliyeva Ramazan bayramı münasibətilə paylaşım edib 

Suriya münasibətlərin normallaşması üçün İsrailə tələb irəli sürdü

7-01-2026, 08:40 11 dəfə baxılıb



Suriya-İsrail strateji danışıqlarında irəliləyiş İsrail qoşunlarının Dəməşqin cənubundakı silahsızlaşdırılmış zonadan çıxarılması olmadan mümkün deyil.

Məlumatı Əl-İxbariya TV Suriya hökumətindəki mənbəyə istinadən yayıb. Suriya rəsmisi 5-6 yanvar tarixlərində Parisdə ABŞ-ın rəhbərliyi ilə iki ölkənin nümayəndə heyətləri arasında keçirilən məsləhətləşmələrdən sonra deyb: "Amerika vasitəçiliyi bizə Suriya ilə İsrail arasında danışıqlar prosesini irəlilətməyə imkan verir. Lakin bunun üçün ilkin şərt Bəşər Əsəd rejiminin devrilməsindən sonra 2024-cü ilin dekabrında işğal etdikləri Dəməşqin cənubundakı silahsızlaşdırılmış zonadan İsrail qoşunlarının çıxarılması üçün aydın və məcburi bir cədvəlin hazırlanmasıdır".

Danışıqlardan sonra açıqlanan kommunikedə Suriya və İsrailin "fikir ayrılıqlarının tez bir zamanda həlli və kəşfiyyat mübadiləsi üçün bir mexanizm yaratmaq" barədə razılığa gəldikləri bildirilirdi. Tərəflər təhlükəsizlik və sabitliyi təmin edəcək razılaşmalara nail olmaq öhdəliklərini bir daha təsdiqləyiblər və ABŞ-ın himayəsi altında vəziyyətin gərginliyini azaltmaq üçün əməkdaşlıq edəcəklərini bildirib.

Danışıqlarda Suriya nümayəndə heyətinə xarici işlər naziri Əsəd əl-Şeybani, İsrail nümayəndə heyətinə isə keçmiş Strateji Planlaşdırma katibi Ron Dermeri əvəz edən İsrailin ABŞ-dakı səfiri Yeçiel Leyter rəhbərlik edib. Amerika tərəfini danışıqlarda ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi Tom Barak, ABŞ Prezidentinin elçisi Stiven Vitkoff və Amerika liderinin kürəkəni Cared Kuşner təmsil edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO