sonnoqte.az
Xəbər başlıqları
  • 11:31 – “Minkənd” KSES açıldı, “Tekstil Klasteri”nin isə təməli qoyuldu - Fotolar 
  • 09:39 – Dövlət başçısı: Otuz ildən çoxdur Azərbaycanda siyasi və iqtisadi sabitlik hökm sürür 
  • 09:26 – Azərbaycan Prezidenti: Bərpaolunan enerji sahəsində çox böyük potensialımız var 
  • 09:22 – Dövlət başçısı: "Bu gün 2 mühüm sənəd imzalanacaq" 

Zelenski seçkilərdə iştirak etməyəcək

18-12-2025, 09:11 44 dəfə baxılıb



Ukraynalı iş adamı İqor Kolomoyski məhkəmə zalında çıxışı zamanı Prezident Volodimir Zelenskinin seçkilərdə iştirak etməyəcəyini iddia edib.

Kolomoyskinin sözlərinə görə, bunun əsas əlaməti Prezident Administrasiyasına (Ofisə) yeni rəhbərin təyin olunmamasıdır. O hesab edir ki, bu vəziyyət Zelenskinin Andrey Yermakdan sonra postunu tərk etmək qərarı verdiyini göstərir. 

Biznesmen Zelenskinin belə bir qərar vermə ehtimalını 90 faiz olaraq qiymətləndirib.

Qeyd edək ki, bu gün Kolomoyskinin barəsində seçilmiş həbs-qətimkan tədbiri ilə bağlı verdiyi apellyasiya şikayətinə baxılıb. Məhkəmə həbs müddətinin uzadılması qərarını qüvvədə saxlayıb. 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO