sonnoqte.az
Xəbər başlıqları
  • 11:31 – “Minkənd” KSES açıldı, “Tekstil Klasteri”nin isə təməli qoyuldu - Fotolar 
  • 09:39 – Dövlət başçısı: Otuz ildən çoxdur Azərbaycanda siyasi və iqtisadi sabitlik hökm sürür 
  • 09:26 – Azərbaycan Prezidenti: Bərpaolunan enerji sahəsində çox böyük potensialımız var 
  • 09:22 – Dövlət başçısı: "Bu gün 2 mühüm sənəd imzalanacaq" 

İmran Xan sağdır - Bacısı açıqladı

3-12-2025, 09:40 27 dəfə baxılıb

İmran Xan sağdır - Bacısı açıqladı


Pakistanın keçmiş Baş naziri İmran Xanın bacısı Uzma Xan qardaşının həbsxanada öldürülməsi və cəsədinin başqa yerə aparılması barədə məlumatı təkzib edib.

“Qafqazinfo” “The Independent”ə istinadən xəbər verir ki, uzun müddətdən sonra Uzma Xana cəzaçəkmə müəssisəsində İ.Xanı ziyarət etməyə icazə verilib.

Ziyarətdən sonra Umra İmran Xanın hazırda səhhəti ilə bağlı hər hansı problem olmadığını açıqlayıb. 

Bununla belə, sabiq hökumət başçısının həbsxanada saxlanılma şəraitindən şikayət etdiyi qeyd olunub. 

Qeyd edək ki, 73 yaşlı İmran Xan 2018-ci ildən 2022-ci ilə qədər Pakistanın Baş naziri olub. Siyasətçi 2022-ci ilin aprelində parlamentdə etimadsızlıq səsverməsindən sonra vəzifəsindən uzaqlaşdırılıb.

O, 2023-cü ildə korrupsiya və vəzifə səlahiyyətlərindən sui-istifadədə təqsirli bilinərək 14 il müddətinə azadlıqdan məhrum edilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO