sonnoqte.az
Xəbər başlıqları
  • 08:40 – İlham Əliyev onlara müraciət etdi 
  • 12:19 – Prezident sərəncam imzaladı 
  • 08:20 – Prezidentdən Laçınla bağlı paylaşım - VİDEO 
  • 12:04 – İlham Əliyev "AZWOOL" mineral daş yunu zavodunun açılışında iştirak edib 

Madurodan ABŞ-a xəbərdarlıq: Yeni Qəzza, Əfqanıstan, Liviya istəyirsinizmi?

17-11-2025, 09:09 9 dəfə baxılıb

Madurodan ABŞ-a xəbərdarlıq: Yeni Qəzza, Əfqanıstan, Liviya istəyirsinizmi?



“Amerika xalqına müraciət edirəm. Bəşəriyyət onsuz da Qəzzada baş verən soyqırımdan kifayət qədər əziyyət çəkir. Qəzzada baş verənlərin soyqırım olduğunu qəbul etməyən xalq demək olar ki, qalmayıb”. 

Venesuela Prezidenti Nikolas Maduro paytaxt Karakasda beynəlxalq vəkillərin toplantısına qatılan Maduro Amerika xalqına müraciət edərək Qəzzada baş verənlərin onun ölkəsində də baş verə biləcəyi ilə bağlı xəbərdarlıq edib.

ABŞ-ın keçmiş işğallarını xatırladan Maduro bunları deyib:

"Amerika xalqından soruşuram, bu vəziyyəti necə qiymətləndirirsiniz? Yeni Əfqanıstan istəyirsiniz? Yeni bir Vyetnam istəyirsiniz? Liviyanın yenidən baş verməsini istəyirsiniz? Yoxsa Qəzzədən daha pis ssenarinin olmasını istəyirsiniz? Buna yox demənizi istəyirik. Burada beynəlxalq hüquq hökm sürəcək, sülh hökm sürəcək. Xalqımız öz sabitliyini, suverenliyini qoruyub saxlayacaq və var olma haqqını qoruyacaq".

Qeyd edək ki, son vaxtlarda ABŞ-la Venesuela arasında çox gərgin vəziyyət yaşanmaqdadır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO