sonnoqte.az
Xəbər başlıqları
  • 08:40 – İlham Əliyev onlara müraciət etdi 
  • 12:19 – Prezident sərəncam imzaladı 
  • 08:20 – Prezidentdən Laçınla bağlı paylaşım - VİDEO 
  • 12:04 – İlham Əliyev "AZWOOL" mineral daş yunu zavodunun açılışında iştirak edib 

Pentaqon: Əməliyyata başladıq

14-11-2025, 10:12 15 dəfə baxılıb

Pentaqon: Əməliyyata başladıq


ABŞ Müdafiə Nazirliyi Qərb yarımkürəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə mübarizə məqsədi daşıyan “Cənub nizəsi” (Southern Spear) əməliyyatının başladığını elan edib.

Bu barədə ABŞ-ın müdafiə naziri Pit Heqset  X sosial şəbəkə hesabında paylaşım edib.

"Bu gün mən “Cənub nizəsi” əməliyyatını elan edirəm. Birgə Əməliyyat Qrupu “Cənub nizəsi” və ABŞ Cənub Komandanlığının rəhbərlik etdiyi bu missiya vətənimizi müdafiə edəcək, narko-terrorçuları yarımkürəmizdən çıxaracaq və millətimizi xalqımızı öldürən narkotiklərdən qoruyacaq. Qərb yarımkürəsi Amerikanın ərazisidir və biz onu müdafiə edəcəyik", - amerikalı nazir  Heqset sosial mediada yazıb.

Qeyd edək ki, Amerikanın “CBS News” telekanalının  verdiyi xəbərə görə, hərbi rəsmilər Ağ Evdə ABŞ prezidenti Trampla görüş keçirib.
Venesuela ilə bağlı son vəziyyətin müzakirə edildiyi və bu ölkənin ərazisinə hücum da daxil olmaqla bütün yenilənmiş hərbi variantların Trampa çatdırıldığı görüşdə Karib regionu üçün təhlükəsizlik addımları müzakirə edilib.

Telekanalın məlumatına görə, görüşdə ABŞ-ın hərbi naziri Pit Heqset, Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Den Keyn və digər yüksək vəzifəli şəxslər iştirak ediblər. Lakin Venesuela ilə bağlı yekun qərar verilməyib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO