sonnoqte.az
Xəbər başlıqları
  • 08:40 – İlham Əliyev onlara müraciət etdi 
  • 12:19 – Prezident sərəncam imzaladı 
  • 08:20 – Prezidentdən Laçınla bağlı paylaşım - VİDEO 
  • 12:04 – İlham Əliyev "AZWOOL" mineral daş yunu zavodunun açılışında iştirak edib 

BYD şirkətinin xalis mənfəəti kəskin azalıb

31-10-2025, 08:29 18 dəfə baxılıb

BYD şirkətinin xalis mənfəəti kəskin azalıb


Çinin BYD avtomobil nəhəngi cari ilin ilk doqquz ayının nəticələrini yekunlaşdırıb.

"Nəticələr ürəkaçan olmayıb. Hesabat dövründə şirkətin ümumi gəlirinin 12.75% artaraq sanballı 566.27 milyard yuan (135.6 milyard manat) həddinə çatmasına baxmayaraq, xalis mənfəət xeyli azalaraq ümumən 23.33 milyard yuan (5.59 milyard manat) təşkil edib ki, bu da keçən ilin eyni dövrü ilə müqayisədə 7.55% azdır.

Tənəzzül xüsusilə üçüncü rübdə qeydə alınıb: BYD şirkətinin xalis mənfəəti birdən-birə 30%-dən çox azalaraq 7.82 milyard yuana (1.87 milyard manat) düşüb, bu rüb ərzində gəlir isə 3.05% azalaraq 195 milyard yuan (46.7 milyard manat) səviyyəsində qərarlaşıb.

Şirkətin əsas istiqamətləri - elektromobillərin və hibridlərin (NEV) satışı da çətinliklərlə üzləşib. Üçüncü rübdə 1 114 192 belə avtomobil satılıb ki, bu da keçən illə müqayisədə 1.82% azdır. Bu göstərici əvvəlki rüblə müqayisədə 2.7% azalıb. Beləliklə, ümumi gəlirin artmasına baxmayaraq, Çin şirkəti mənfəətin, habelə ekoloji cəhətdən təmiz modellərə tələbatın azalması ilə üzləşib.(oxu.az)






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO