sonnoqte.az
Xəbər başlıqları
  • 11:46 – Prezidentlə xanımı Bakıdakı Zəfər parkında - Video - Fotolar 
  • 09:11 – İlham Əliyevin sosial şəbəkə hesablarında Anım Günü ilə əlaqədar paylaşım edildi - Foto 
  • 09:00 – Azərbaycanda Anım Günüdür! 
  • 11:31 – “Minkənd” KSES açıldı, “Tekstil Klasteri”nin isə təməli qoyuldu - Fotolar 

Həsən Ruhanidən Azərbaycan türklərinə AĞIR TƏHQİR

9-09-2025, 16:00 45 dəfə baxılıb



Tanınmış paniranist və fars millətçisi Peyman Arif “X” platformasında paylaşdığı açıqlamada diqqətçəkən bir iddia irəli sürüb.

O, SEPAH generalı Mənsur Həqiqətpurdan sitat gətirərək bildirir ki, birinci Qarabağ müharibəsi zamanı İranın Quzey Azərbaycanına müdaxilə məsələsi ölkənin Ali Milli Təhlükəsizlik Şurasında müzakirəyə çıxarılanda, Həsən Ruhani Həqiqətpura belə deyib:

"Bizim İranda filan qədər eşşəyimiz var (Türk əhalisini nəzərdə tutur), indi isə səkkiz milyon eşşək də artırmaq istəmirik".

Bu barədə "Araz News" telegram kanalı məlumat yayıb.

"Səkkiz il İran prezidenti olmuş Ruhani həmin dövrdə Ali Milli Təhlükəsizlik Şurasının sədri idi. SEPAH generalı Mənsur Həqiqətpur isə guya Azərbaycana yardım məqsədilə Quzey Azərbaycana göndərilmişdi. Lakin sonradan onun əslində Ermənistana casusluq fəaliyyəti apardığı ortaya çıxdığı üçün məhkəmə işi açılmışdı.

Həsən Ruhani fars millətçisi baxışları ilə tanınır. Prezidentliyi dövründə Qərbi Azərbaycana səfər etdikdə “Azərbaycan” adını işlətməkdən imtina etmiş, əvəzində kürd terror qruplaşmalarının uydurduğu adlardan istifadə etmişdi.

Eyni zamanda, Urmu Gölünün xilası üçün verdiyi vədlərə baxmayaraq, səkkiz illik prezidentliyi zamanı göl üçün ciddi addım atılmamış və nəticədə Urmu Gölü geri dönülməz ekoloji fəlakətə çevrilmişdi", - məlumatda bildirilir.

Qeyd etmək lazımdır ki, fars millətçiləri tarixən Azərbaycan Türklərini “eşşək türk” ifadəsi ilə təhqir ediblər və bu, Güney Azərbaycanda narahatçılıq doğuran bir məsələ olub.

Lakin indiki vəziyyətdə İranda bu “eşşəklərin” yeri dəyişib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO