sonnoqte.az
Xəbər başlıqları
  • 11:46 – Prezidentlə xanımı Bakıdakı Zəfər parkında - Video - Fotolar 
  • 09:11 – İlham Əliyevin sosial şəbəkə hesablarında Anım Günü ilə əlaqədar paylaşım edildi - Foto 
  • 09:00 – Azərbaycanda Anım Günüdür! 
  • 11:31 – “Minkənd” KSES açıldı, “Tekstil Klasteri”nin isə təməli qoyuldu - Fotolar 

Tramp-Zelenski-Putin görüşünün vaxtı bəlli oldu

18-08-2025, 12:17 48 dəfə baxılıb

Tramp-Zelenski-Putin görüşünün vaxtı bəlli oldu


ABŞ prezidenti Donald Tramp Ukrayna prezidenti Volodimir Zelenski və Rusiya prezidenti Vladimir Putinlə ən qısa zamanda görüşmək niyyətindədir.
Bu barədə “Bloomberg” yazır.

Nəşrin yazdığına görə, Trampın avqustun 18-də axşam saatlarında Vaşinqtonda Ukrayna prezidenti Volodimir Zelenski və bir sıra Avropa liderləri ilə görüşündə Alyaskada Putinlə müzakirə etdiyi potensial sülh sazişi və Kremlin şərtlərini müzakirə edəcək.

Tramp Rusiya-Ukrayna müharibəsində müttəfiqləri ilə tez bir zamanda razılığa gəlmək istəyir.

Görüşdə razılaşma əldə olunarsa, Tramp bir həftə ərzində Zelenski və Putinlə üçtərəfli formatda görüşmək niyyətindədir. Tramp Zelenski və Putin arasında üçtərəfli formatda baş tutacaq sammit Vaşinqtonda keçiriləcək görüşün yekunlarından asılı olacaq. 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO