sonnoqte.az
Xəbər başlıqları
  • 10:21 – Əliyev Pezeşkiana təşəkkür etdi 
  • 13:20 – Dövlət mülkiyyətində olan əsas vəsaitlərin verilməsi qaydası dəyişib 
  • 12:25 – Prezident onu icra başçısı təyin etdi - Sərəncam 
  • 12:56 – İlham Əliyev Azərbaycanda avtonom nəqliyyat vasitələrinin tətbiqini təsdiqləyib 

Trampdan Zelenskiyə mesaj: İmtina et!

18-08-2025, 08:48 37 dəfə baxılıb

Trampdan Zelenskiyə mesaj: İmtina et!


ABŞ prezidenti Donald Tramp Ukrayna prezidenti Volodimir Zelenskini Krımı və NATO üzvlüyündən imtina etməyə çağırıb və bu iki məsələnin gündəmdə olmadığını bildirib.

 Tramp bu gün Ağ Evdə Ukrayna prezidenti Volodimir Zelenski və Avropa liderləri ilə görüş öncəsi “Truth Social” hesabında Rusiya-Ukrayna prosesi barədə açıqlamalar verib.

Bu qədər Avropa liderini qəbul etməkdən qürur duyduğunu və sülhə aparan proseslə bağlı mühüm müzakirələr aparacaqlarını vurğulayan Tramp  Zelenskiyə mesaj ünvanlayaraq deyib:  “İstəsə, Rusiya ilə müharibəni dərhal bitirə bilər, yoxsa döyüşə davam edə bilər”.

Bununla belə, Tramp keçmiş prezident Barak Obamanın Krımı (Rusiyaya) bir güllə belə atmadan verdiyini və onun artıq geri alına bilməyəcəyini qeyd edib.

Tramp həmçinin bəyan edib ki, Ukraynanın NATO-ya daxil olması artıq müzakirə mövzusu deyil.

ABŞ prezidenti bu gün Ağ Evdə əvvəlcə Ukrayna prezidenti Zelenski ilə görüşəcək, sonra isə Avropa liderləri ilə genişmiqyaslı görüş keçirəcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO