sonnoqte.az
Xəbər başlıqları
  • 11:51 – İlham Əliyev Avropa çempionatında komanda hesabında çempion olan güləşçiləri qəbul edib - Yenilənib 
  • 13:45 – Prezident "ASAN Xidmət"lə bağlı fərman İMZALADI 
  • 13:39 – SON DƏQİQƏ: Prezident onları TƏLTİF ETDİ 
  • 11:29 – Prezident sel və daşqınlarla mübarizə üçün - 86 milyona yaxın vəsait ayırdı 

Zelenski: Planım çox sadədir

13-08-2025, 10:20 42 dəfə baxılıb

Zelenski: Planım çox sadədir


Ukrayna Prezident Volodimir Zelenski Rusiya ilə mümkün atəşkəsin əldə edilməsi üçün şərtlərini açıqlayıb.

Müharibəyə son qoymaq şərtlərini açıqlayan Zelenski deyib: "Planım çox mürəkkəb deyil, çox sadədir: atəşkəs. Atəşkəs zamanı biz ABŞ-nin vasitəçiliyi və dəqiq təhlükəsizlik zəmanəti ilə məsələləri müzakirə edib həll etməliyik. Kim nəyə təminat verə bilər? Məsələn, Avropa nəyə zəmanət verə bilər, ABŞ nəyə zəmanət verə bilər, ruslar nəyə zəmanət verə bilər? Kim bilir? Ortaq mövqe olmalıdır".

Zelenski eyni zamanda Ukrayna və Avropanın gələcək danışıqlar prosesində iştirakının vacibliyini vurğulayıb. "Mənim üçün Avropanın müəyyən şəkildə prosesə cəlb olunması çox vacibdir, çünki hazırda Avropadan başqa bizə təhlükəsizlik zəmanəti verən heç kim yoxdur", - o qeyd edib. 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO