sonnoqte.az
Xəbər başlıqları
  • 11:46 – Prezidentlə xanımı Bakıdakı Zəfər parkında - Video - Fotolar 
  • 09:11 – İlham Əliyevin sosial şəbəkə hesablarında Anım Günü ilə əlaqədar paylaşım edildi - Foto 
  • 09:00 – Azərbaycanda Anım Günüdür! 
  • 11:31 – “Minkənd” KSES açıldı, “Tekstil Klasteri”nin isə təməli qoyuldu - Fotolar 

Zelenski: Kiyev və Moskva bu mövzuda razılığa gəlib

4-08-2025, 09:22 45 dəfə baxılıb

Zelenski: Kiyev və Moskva bu mövzuda razılığa gəlib


Ukrayna və Rusiya İstanbulda keçirilən danışıqların üçüncü raundundan sonra 1200 əsirin mübadiləsi barədə razılığa gəliblər. 

Bunu Ukrayna prezidenti Volodimir Zelenski Telegram kanalında deyib.

Prezident aparatının rəhbəri Andrey Yermak, Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustem Umerovla görüşdüyünü vurğulayan Zelenski qeyd edib ki, Rusiya tərəfi ilə İstanbulda keçirilən görüşlərdə əldə olunan razılaşmaların həyata keçirilməsi və yeni görüşə hazırlıq məsələləri müzakirə olunub.

"Əsas məsələlər arasında əsirlərin mübadiləsinin davam etdirilməsi də var. 1200 nəfərin mübadiləsi ilə bağlı razılaşma var və siyahılar üzərində iş davam edir. Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rusiya nümayəndəsi ilə ünsiyyət barədə məlumat verib", - Zelenski vurğulayıb.

Zelenski həmçinin mülki şəxslərin geri qayıtması üçün işlərin getdiyini bildirib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO