sonnoqte.az
Xəbər başlıqları
  • 11:37 – İlham Əliyev FIFA-nın prezidentini qəbul etdi - FOTO 
  • 11:46 – Prezidentlə xanımı Bakıdakı Zəfər parkında - Video - Fotolar 
  • 10:02 – Prezidentlə xanımı Bakıdakı Zəfər parkında olub 
  • 09:11 – İlham Əliyevin sosial şəbəkə hesablarında Anım Günü ilə əlaqədar paylaşım edildi - Foto 

Rusiya ordusu Zaporojyeyə doğru irəliləyir – yeni kəndlər ələ keçirildi

28-07-2025, 14:22 58 dəfə baxılıb



Rusiya Silahlı Qüvvələri Ukraynanın Zaporojye vilayətində hücum əməliyyatlarını davam etdirir.

ABŞ-ın Müharibənin Tədqiqi İnstitutu (ISW) bu barədə öz son hesabatında məlumat yayıb.

Rusiya mediasının məlumatına əsasən, rus hərbçiləri Stepnqorsk şəhərinin cənub kənarlarına qədər irəliləyiblər və Plavnoye kəndini ələ keçiriblər. Bu isə Zaporojye şəhəri üçün artan artilleriya təhlükəsi yaradır.

ISW analitikləri bildirirlər ki, Rusiya qoşunları artıq Primorskidən cəmi 7 km, Beselyankadan isə 11 km məsafədə yerləşirlər. Bu irəliləyişin məqsədi ön xətti gücləndirmək və Rusiya nəzarətində olan arxa bölgələri Ukrayna ordusunun zərbələrindən qorumaqdır.

Qeyd olunur ki, Gulyaypoli istiqamətində isə iyulun 27-nə olan məlumata əsasən, fəal döyüş əməliyyatları qeydə alınmayıb.

Ukrayna tərəfi hələlik bu irəliləyişlə bağlı rəsmi mövqe açıqlamayıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO