sonnoqte.az
Xəbər başlıqları
  • 11:46 – Prezidentlə xanımı Bakıdakı Zəfər parkında - Video - Fotolar 
  • 09:11 – İlham Əliyevin sosial şəbəkə hesablarında Anım Günü ilə əlaqədar paylaşım edildi - Foto 
  • 09:00 – Azərbaycanda Anım Günüdür! 
  • 11:31 – “Minkənd” KSES açıldı, “Tekstil Klasteri”nin isə təməli qoyuldu - Fotolar 

Tramp yekun qərar verəcək

23-07-2025, 09:00 41 dəfə baxılıb

Tramp yekun qərar verəcək


ABŞ Prezidenti Donald Tramp yaxın gələcəkdə Çinə səfər edə biləcəyini etiraf edib.

"Bu barədə Amerika lideri Ağ Evdə Filippin Prezidenti kiçik Ferdinand Markos ilə görüşündə bildirib.

“Çin prezidenti Si Cinpin məni ölkəsinə səfərə dəvət edib və biz bunu, güman ki, yaxın gələcəkdə edəcəyik”, - o deyib. Tramp əlavə edib ki, yaxın vaxtlarda bu məsələ ilə bağlı yekun qərar verəcək.

Qeyd edək ki, daha əvvəl Çinin lideri Si Cinpinin Rusiya və ABŞ prezidentləri - Vladimir Putin və Donald Trampın iştirakı ilə Çində üçtərəfli görüş təşkil etmək niyyətində olduğu bildirilmişdi. “The Times” yazır ki, Vaşinqton və Pekin arasında son dövrlər bir sıra ticarət sazişləri Trampın Çinə münasibətinə təsir edib və ABŞ prezidentinin sentyabr sammitinə planlaşdırılan bu görüşdə mümkün iştirakı ilə bağlı spekulyasiyalara səbəb olub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO