sonnoqte.az
Xəbər başlıqları
  • 10:21 – Əliyev Pezeşkiana təşəkkür etdi 
  • 13:20 – Dövlət mülkiyyətində olan əsas vəsaitlərin verilməsi qaydası dəyişib 
  • 12:25 – Prezident onu icra başçısı təyin etdi - Sərəncam 
  • 12:56 – İlham Əliyev Azərbaycanda avtonom nəqliyyat vasitələrinin tətbiqini təsdiqləyib 

İranda güclü partlayış: 13 nəfər...

21-07-2025, 10:04 37 dəfə baxılıb

İranda güclü partlayış: 13 nəfər...


İranın şimalındakı Gilan əyalətinin Rəşt şəhərində küçədə güclü partlayış baş verib.

“star” qəzeti xəbər verir ki, “Gilanistan” saytı partlayışın ötən gecə axşam saatlarında Şəhid Bahoner küçəsində olduğunu yazıb.

Hadisə 13 nəfərin yaralanmasına səbəb olub.

Partlayış nəticəsində dil tədris mərkəzinə, zərgərlik mağazasına, park edilmiş avtomobillərə və ətrafdakı bir neçə mağazaya ciddi ziyan dəyib.

İlkin məlumata görə, insident zamanı yaralananlar var, əksəriyyəti qız tələbələrdir. Xilasetmə qrupları yaralıları xəstəxanalara çatdırıb.

Rəşt Yanğından Mühafizə İdarəsi partlayışın qaz sızması nəticəsində baş verdiyini bildirib.

Rəşt Baş Prokurorluğunun məlumatına görə, partlayış küçədəki zərgərlik mağazasında baş verib və itki yoxdur.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO