sonnoqte.az
Xəbər başlıqları
  • 10:21 – Əliyev Pezeşkiana təşəkkür etdi 
  • 13:20 – Dövlət mülkiyyətində olan əsas vəsaitlərin verilməsi qaydası dəyişib 
  • 12:25 – Prezident onu icra başçısı təyin etdi - Sərəncam 
  • 12:56 – İlham Əliyev Azərbaycanda avtonom nəqliyyat vasitələrinin tətbiqini təsdiqləyib 

Ermənistanda sensasion ittiham: Karapetyana yeni cinayət işi açıldı

16-07-2025, 09:38 55 dəfə baxılıb



Rusiyalı iş adamı Karapetyana qarşı Ermənistan hüquq-mühafizə orqanları tərəfindən yeni ittihamlar irəli sürülüb.

Bu barədə biznesmenin vəkilləri məlumat yayıblar.

Vəkillərin bildirdiyinə görə, Karapetyan bir neçə şirkətin fəaliyyəti nəticəsində “çirkli pulların yuyulması”nda ittiham olunur. Onlar hesab edirlər ki, bu ittihamlar heç bir fakt təqdim olunmadan, əsassız şəkildə irəli sürülüb.

“Son vaxtlar Ermənistanda ‘çirkli pulların yuyulması’ ittihamı siyasi qisas aləti kimi istifadə edilir və bu, artıq geniş yayılmış praktika halını alıb”, – deyə Karapetyanın müdafiəçiləri bəyan ediblər.

Qeyd edək ki, Karapetyan uzun illərdir Rusiyada biznes fəaliyyəti ilə məşğuldur və bəzi dairələr onun Ermənistanla bağlı siyasi mövqeyinə görə təzyiqlərə məruz qaldığını iddia edirlər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO