sonnoqte.az
Xəbər başlıqları
  • 11:37 – İlham Əliyev FIFA-nın prezidentini qəbul etdi - FOTO 
  • 11:46 – Prezidentlə xanımı Bakıdakı Zəfər parkında - Video - Fotolar 
  • 10:02 – Prezidentlə xanımı Bakıdakı Zəfər parkında olub 
  • 09:11 – İlham Əliyevin sosial şəbəkə hesablarında Anım Günü ilə əlaqədar paylaşım edildi - Foto 

ABŞ dövlət katibindən sülh sazişi gözləntisi-ilginc

9-07-2025, 09:56 51 dəfə baxılıb



Ümid edirik ki, Azərbaycan və Ermənistan arasında tezliklə sülh sazişi bağlanacaq.

Bunu ABŞ dövlət katibi Marko Rubio prezident Donald Trampın kabinetinin iclasında bildirib.

Maraqlıdır ki, Rubio İrəvanla Bakı arasında sülh sazişinin əldə olunması ehtimalını Tramp administrasiyasının altı aydan az müddətdə əldə etdiyi nailiyyətlərdən biri adlandırıb.

“Sizin rəhbərliyinizlə biz Hindistan və Pakistan arasında müharibənin qarşısını aldıq və başa çatdırdıq. Tarixdə ilk dəfə olaraq, NATO-nun payı 5%-ə çatıb ki, bu da ən yüksək göstəricidir. Konqo Demokratik Respublikası ilə Ruanda arasında sülh sazişi. Dünyada yeganə ölkə olan bizim həyata keçirə biləcəyimiz Amerika əməliyyatı ilə sona çatan 12 günlük müharibə…Ümid edirəm ki, Azərbaycan və Ermənistan arasında sülh sazişi tezliklə bağlanacaq. Suriya və Livan üzündən bütün Yaxın Şərq və onun infrastrukturu dəyişə bilər. Üstəlik, altı ay belə keçməyib”, - o, Donald Trampa müraciət edərək deyib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO