sonnoqte.az
Xəbər başlıqları
  • 11:46 – Prezidentlə xanımı Bakıdakı Zəfər parkında - Video - Fotolar 
  • 09:11 – İlham Əliyevin sosial şəbəkə hesablarında Anım Günü ilə əlaqədar paylaşım edildi - Foto 
  • 09:00 – Azərbaycanda Anım Günüdür! 
  • 11:31 – “Minkənd” KSES açıldı, “Tekstil Klasteri”nin isə təməli qoyuldu - Fotolar 

Tramp və Ərdoğan qapalı görüş keçirib

25-06-2025, 10:08 38 dəfə baxılıb

Tramp və Ərdoğan qapalı görüş keçirib


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp Haaqada dövlət və hökumət başçılarının NATO sammitində görüşüblər.

Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bildirilir ki, prezidentlərin danışıqları mətbuata qapalı rejimdə keçirilib.

Görüş zamanı liderlər Türkiyə və ABŞ arasında ikitərəfli münasibətləri, regional və qlobal məsələləri müzakirə ediblər.

Ərdoğan bildirib ki, iki ölkə “xüsusilə energetika və investisiyalar sahəsində böyük potensiala malikdir”.

Türkiyə prezidenti həmçinin Trampın səyləri nəticəsində İsrail və İran arasında əldə olunan atəşkəsi alqışlayıb. Ərdoğan onun daimi olmasını arzuladığını bildirib. Bundan əlavə, o, Qəzzada humanitar fəlakətin tezliklə dayandırılması və Rusiya ilə Ukrayna arasındakı müharibənin sülh yolu ilə həll olunması üçün sıx dialoqun vacibliyini vurğulayıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO