sonnoqte.az
Xəbər başlıqları
  • 16:00 – Prezidentin xarici siyasəti xalqın gözündə 
  • 13:32 – İlham Əliyevlə Paşinyanın görüşü - Razılıq əldə edilib - VİDEO 
  • 08:51 – Əhali Prezidentin fəaliyyətini yüksək qiymətləndirir - SORĞU 
  • 08:47 – İlham Əliyevin Paşinyanla görüşü başladı - İLK GÖRÜNTÜLƏR 

Medvedevdən İsrail-İran müharibəsi ilə bağlı qorxunc proqnoz

20-06-2025, 10:14 4 dəfə baxılıb

Medvedevdən İsrail-İran müharibəsi ilə bağlı qorxunc proqnoz


Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev İsrailin İranda yerləşən nüvə obyektlərinə mümkün hücumları ilə bağlı ciddi xəbərdarlıq edib. O, bu cür zərbələrin beynəlxalq miqyaslı fəlakətə səbəb ola biləcəyini bildirib.

 Medvedev X (əvvəlki Twitter) hesabında yazıb: “Nüvə obyektlərinə hücumlar son dərəcə təhlükəlidir və Çernobıl faciəsinin təkrarlanmasına gətirib çıxara bilər”.

Rusiya rəsmisi bildirib ki, regionda baş verən hərbi toqquşmalar təkcə Yaxın Şərq üçün deyil, bütün dünya üçün risk daşıyır. Xüsusilə də nüvə infrastrukturlarına yönəlmiş zərbələr uzunmüddətli radiasiya təhlükəsi yarada bilər.

Qeyd edək ki, İsraillə İran arasında gərginlik son vaxtlar daha da artıb. İranın nüvə proqramı ilə bağlı mübahisələr fonunda tərəflər arasında qarşılıqlı hədə-qorxular və hücum ehtimalları gündəmdə qalmaqda davam edir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO