sonnoqte.az
Xəbər başlıqları
  • 10:21 – Əliyev Pezeşkiana təşəkkür etdi 
  • 13:20 – Dövlət mülkiyyətində olan əsas vəsaitlərin verilməsi qaydası dəyişib 
  • 12:25 – Prezident onu icra başçısı təyin etdi - Sərəncam 
  • 12:56 – İlham Əliyev Azərbaycanda avtonom nəqliyyat vasitələrinin tətbiqini təsdiqləyib 

Avropa İranla danışıqlar masasına oturacaq - Yeni səhifə açılır?

19-06-2025, 11:11 33 dəfə baxılıb

Avropa İranla danışıqlar masasına oturacaq - Yeni səhifə açılır?


Avropa İttifaqı (Aİ), Almaniya, Fransa və Britaniya iyunun 20-də Cenevrədə İran tərəfi ilə görüşüb nüvə proqramını və Yaxın Şərqdəki vəziyyəti müzakirə edəcəklər.

"Reuters" xəbər verir ki, Almaniya, Fransa və İngiltərə İsraillə İran arasında müharibənin dayandırılması məqsədilə cümə günü Cenevrədə xarici işlər nazirləri səviyyəsində İranla danışıqlar aparmağı planlaşdırır.

Bildirilir ki, danışıqların məqsədi İran tərəfindən nüvə proqramından yalnız mülki məqsədlər üçün istifadə edəcəyinə dair qəti zəmanət almaqdır.

Verilən məlumata görə, görüşün əsas gündəmi İranın nüvə proqramı və Yaxın Şərqdə artan münaqişələr olacaq. Hələlik tərəflər tərəfindən rəsmi açıqlama verilməsə də, diplomatik dairələrdə sözügedən təmasların bölgədəki gərginliyin azaldılması istiqamətində mühüm addım ola biləcəyi düşünülür.

Daha əvvəl bir çox beynəlxalq danışıqlara ev sahibliyi edən Cenevrənin bu təmaslara səhnə olması Qərblə İran arasında donmuş diplomatik münasibətlərin yenidən canlana biləcəyi ilə bağlı şərhlərə səbəb olub.

Əgər görüş baş tutsa, bu, uzun müddətdir məhdud olan Qərb-İran diplomatik münasibətlərində yeni səhifə aça bilər və indi bütün diqqətlər cümə günü keçirilməsi gözlənilən mümkün sammitə yönəldilə bilər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO