sonnoqte.az
Xəbər başlıqları
  • 21:03 – ECO-nun 17-ci Zirvə görüşünün iştirakçıları Ağdamdakı “İmarət” Kompleksində Qarabağ atlarının “Zəfər” şousunu izləyiblər 
  • 15:09 – İlham Əliyev Xankəndidə açılışlar etdi 
  • 13:15 – İlham Əliyev Xankəndidə Zəfər parkında görülən tikinti işləri ilə tanış olub 
  • 12:43 – Xankəndi Dəmir Yolu və Avtovağzal Kompleksinin təməli qoyulub - FOTO 

Kreml Ramzan Kadırovun istəyinə etiraz edir, amma... - The Times

10-06-2025, 08:48 11 dəfə baxılıb

Kreml Ramzan Kadırovun istəyinə etiraz edir, amma... - The Times


Çeçenistan rəhbəri Ramzan Kadırovun üçüncü oğlu olan Adam Kadırovun bölgənin gələcək lideri kimi ön plana çıxdığı getdikcə daha aydın görünür. Ölkə.Az xəbər verir ki, bu barədə Böyük Britaniyanın “The Times” nəşri yazır.

Ramzan Kadırov səhhətinin pisləşməsi ilə bağlı yayılan məlumatlar fonunda istefa vermək istədiyini bildirmişdi. Bu isə onun yerinə oğlu Adamı gətirməyə çalışdığı ilə bağlı ehtimalları gücləndirib. Beləliklə, Kadırov atası Əhməd Kadırov tərəfindən əsası qoyulan siyasi dinastiyanı davam etdirmək niyyətindədir.

Qətərin “Al Jazeera” telekanalının məlumatına görə, Ramzan Kadırov may ayında Moskvaya səfər edərək Prezident Vladimir Putinlə görüşüb və rəhbərliyin Adam Kadırova ötürülməsi təklifini irəli sürüb. Lakin bu təklif Kremlin etirazı ilə qarşılanıb.

Praqadakı Karl Universitetinin təhlükəsizlik məsələləri üzrə professoru Emil Aslan bildirib:
“Qərarı verən əsas qüvvə Kreml olaraq qalır və Kreml Adamı istəmir. Onlar Çeçenistanın hələ də Kadırovlar klanının nəzarətində qalmasına qarşı deyillər, lakin onların əsas narahatlığı regionda sabitliyin qorunmasıdır. Adam isə bu sabitliyi təmin edə biləcək səviyyədə deyil.”

Ekspertin fikrincə, daha real ssenari – Adam yetkinlik yaşına çatana qədər Çeçenistana regent rəhbər təyin olunmasıdır. Bu rola ən real namizədlər kimi Adam Delimxanov və Apti Alaudinovun adları çəkilir.

“The Times” qeyd edir ki, Çeçenistanda varislik məsələsi həm Ramzan Kadırov üçün – ailəsinin uzunmüddətli təhlükəsizliyini təmin etmək baxımından, həm də Kreml üçün – region üzərində nəzarəti saxlamaq baxımından xüsusi əhəmiyyət daşıyır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO