sonnoqte.az
Xəbər başlıqları
  • 10:21 – Əliyev Pezeşkiana təşəkkür etdi 
  • 13:20 – Dövlət mülkiyyətində olan əsas vəsaitlərin verilməsi qaydası dəyişib 
  • 12:25 – Prezident onu icra başçısı təyin etdi - Sərəncam 
  • 12:56 – İlham Əliyev Azərbaycanda avtonom nəqliyyat vasitələrinin tətbiqini təsdiqləyib 

Tramp: Bu ABŞ-ın iqtisadi çöküşü olacaq

2-06-2025, 08:38 36 dəfə baxılıb

Tramp: Bu ABŞ-ın iqtisadi çöküşü olacaq


Əgər ABŞ məhkəmələrinin hakimləri Tramp administrasiyası tərəfindən tətbiq edilən idxal rüsumlarının əleyhinə qərar çıxarsa, bu, ölkənin iqtisadi çöküş demək olacaq.

Bu haqda ABŞ prezidenti Donald Tramp öz “Truth” hesabında yazıb.

"Əgər məhkəmələr gözlənilmədən rüsumlarla bağlı bizim əleyhimizə hansısa şəkildə qərar çıxarsa, bu, digər ölkələrə ölkəmizi anti-Amerika rüsumları ilə girov saxlamağa imkan verəcək. Bu, Amerika Birləşmiş Ştatlarının iqtisadi çöküşü demək olacaq", - o yazıb.

Qeyd edək ki, ABŞ Federal Beynəlxalq Ticarət Məhkəməsi çərşənbə günü Trampın idxal rüsumlarının tətbiqi ilə bağlı qərarın icrasını prezidentin səlahiyyətlərindən sui-istifadə etdiyini əsas gətirərək bloklayıb.

Cümə axşamı isə ABŞ-ın Apelyasiya Məhkəməsi gömrük rüsumlarını bloklayan hökmü müvəqqəti olaraq dayandırıb. Ağ Evin mətbuat katibi Kerolayn Livitt qeyd edib ki, ABŞ administrasiyası bu işi ölkənin Ali Məhkəməsinə vermək niyyətindədir.(APA)






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO