sonnoqte.az
Xəbər başlıqları
  • 10:21 – Əliyev Pezeşkiana təşəkkür etdi 
  • 13:20 – Dövlət mülkiyyətində olan əsas vəsaitlərin verilməsi qaydası dəyişib 
  • 12:25 – Prezident onu icra başçısı təyin etdi - Sərəncam 
  • 12:56 – İlham Əliyev Azərbaycanda avtonom nəqliyyat vasitələrinin tətbiqini təsdiqləyib 

KİV: Ukrayna hücumlar barədə ABŞ-ı əvvəlcədən xəbərdar edib

2-06-2025, 08:33 36 dəfə baxılıb

KİV: Ukrayna hücumlar barədə ABŞ-ı əvvəlcədən xəbərdar edib


Ukrayna Rusiyanın hərbi hava bazalarına pilotsuz uçuş aparatları ilə hücumu barədə ABŞ-ı əvvəlcədən məlumatlandırıb.

Bu barədə “Axios” adı açıqlanmayan respublikaçı rəsmiyə istinadən məlumat yayıb.

Vurğulanıb ki, əməliyyat Ukrayna ordusu tərəfindən həyata keçirilib və bir ildən çoxdur planlaşdırılıb.

Qeyd edək ki, Kiyev bir neçə bazada onlarla strateji bombardmançı təyyarəni hədəfə alaraq Rusiya ərazisinə misli görünməmiş zərbələr endirib.

Artıq Rusiya Müdafiə Nazirliyi ölkənin Murmansk, İrkutsk, İvanovo, Ryazan və Amur vilayətlərindəki aerodromlara Ukraynanın PUA-lar ilə zərbələr endirdiyini təsdiq edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO