sonnoqte.az
Xəbər başlıqları
  • 12:38 – Prezident Bakı Ekspo Mərkəzində rəsmi açılışda - Yenilənib - Fotolar 
  • 11:39 – Prezidentdən tədbir iştirakçılarına - Müraciət 
  • 11:31 – Prezident qəbul keçirdi - Fotolar 
  • 13:19 – Prezidentə təbriklər gəlir - Yenilənir 

Ermənistanda Paşinyanın impiçmenti tələb olunur

6-05-2025, 09:00 11 dəfə baxılıb

Ermənistanda Paşinyanın impiçmenti tələb olunur


Ermənistanda baş nazir Nikol Paşinyanın impiçmenti tələb olunur.

 “Report” xəbər verir ki, “Biz yatmırıq” vətəndaş hərəkatının təşəbbüskarı Edqar Kazaryan parlamentdə baş nazir Paşinyana etimadsızlığın ifadəsi olan impiçment prosesinin uğurlu olacağına əminliyini bildirib.

“Məndə belə təəssürat yaranır ki, impiçmentin əleyhinə olanlar onun uğursuzluğundan deyil, uğurundan narahatdırlar. Bu proses mütləq müvəffəqiyyətlə başa çatacaq - bütün rəqibləri məğlub etməklə. Heç kim öz xırda ambisiyalarını, maraqlarını rəhbər tutaraq xalqın iradə və istəyi qarşısında müqavimət göstərə bilməz. Xalq isə Nikol Paşinyanın istefasını istəyir”, - Edqar Kazaryan sosial şəbəkədəki səhifəsində yazıb.

Daha əvvəl “Biz yatmırıq” vətəndaş hərəkatının təşəbbüskarları Edqar Kazaryan və Narek Malyan Paşinyana etimadsızlıq təşəbbüsü ilə çıxış edərək parlamentin deputatlarına məktublar göndəriblər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO