sonnoqte.az
Xəbər başlıqları
  • 10:21 – Əliyev Pezeşkiana təşəkkür etdi 
  • 13:20 – Dövlət mülkiyyətində olan əsas vəsaitlərin verilməsi qaydası dəyişib 
  • 12:25 – Prezident onu icra başçısı təyin etdi - Sərəncam 
  • 12:56 – İlham Əliyev Azərbaycanda avtonom nəqliyyat vasitələrinin tətbiqini təsdiqləyib 

Türkiyə İsraillə bağlı beynəlxalq ictimaiyyətə çağırış edib

3-04-2025, 09:00 41 dəfə baxılıb

Türkiyə İsraillə bağlı beynəlxalq ictimaiyyətə çağırış edib


Türkiyə beynəlxalq ictimaiyyəti İsrailin Qəzza zolağında hərbi əməliyyatının əhatə dairəsini genişləndirmək cəhdlərinin qarşısını almaq üçün qətiyyətli mövqe tutmağa çağırıb.

"Report" xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin məlumatında deyilir.

"İsrailin baş naziri Benyamin Netanyahunun hökumətinin Qəzza zolağında hərbi əməliyyatların genişləndirilməsi və İordan çayının qərb sahilində qeyri-qanuni məskunlaşma fəaliyyətinin davam etdirilməsi ilə bağlı bugünkü bəyanatları İsrailin beynəlxalq hüquqa açıq-aşkar məhəl qoymamasının və sülh səylərindən tamamilə uzaqlaşmasının növbəti təzahürüdür. Beynəlxalq ictimaiyyət müqəddəs yerləri qorumaq, növbəti təxribatların qarşısını almaq və İsrailin işğal yolu ilə ərazisini genişləndirmək cəhdlərini dayandırmaq üçün qətiyyətli mövqe nümayiş etdirməlidir”, - bəyanatda bildirilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO