sonnoqte.az
Xəbər başlıqları
  • 11:37 – İlham Əliyev FIFA-nın prezidentini qəbul etdi - FOTO 
  • 11:46 – Prezidentlə xanımı Bakıdakı Zəfər parkında - Video - Fotolar 
  • 10:02 – Prezidentlə xanımı Bakıdakı Zəfər parkında olub 
  • 09:11 – İlham Əliyevin sosial şəbəkə hesablarında Anım Günü ilə əlaqədar paylaşım edildi - Foto 

Kraldan Qurban bayramı çağırışı: Etməyin, özüm kəsəcəyəm

27-02-2025, 10:47 51 dəfə baxılıb

Kraldan Qurban bayramı çağırışı: Etməyin, özüm kəsəcəyəm


Mərakeş kralı VI Məhəmməd bu il ölkədə qurban kəsilməməsinə çağırıb və Mərakeş xalqı adına özü bu ayini icra edəcəyini açıqlayıb.

Kral VI Məhəmmədin qurban kəsilməməsi ilə bağlı xalqa mesajını Mərakeşin dini işlər və vəqflər naziri Əhməd əl-Tövfik dövlət televiziyasında oxuyub.

Kral VI Məhəmmədin mesajında deyilir ki, iqlim dəyişiklikləri ölkə iqtisadiyyatına mənfi təsirləri olduğundan heyvanların sayının əhəmiyyətli dərəcədə azalmasına səbəb olub.

Kralın mesajında həmçinin qeyd olunur ki, yaranmış vəziyyət isə cəmiyyətin aztəminatlı təbəqələri üçün böyük  çətinliklər yaradacaq.  

Ölkə rəhbərliyi olaraq üzərlərinə düşən məsuliyyət və dini vəzifələri asanlaşdırmaq öhdəliyi çərçivəsində ictimaiyyəti bu il qurban kəsməkdən çəkinməyə çağıran mesajda Kral VI Məhəmmədin Mərakeş xalqı adına özü bu ibadəti yerinə yetirəcəyi bildirilib.

Qeyd edək ki, indiyədək Mərakeş tarixində 3 dəfə 1963, 1981 və 1996-cı illərdə Qurban ritualından imtina halları olub. 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO