sonnoqte.az
Xəbər başlıqları
  • 11:46 – Prezidentlə xanımı Bakıdakı Zəfər parkında - Video - Fotolar 
  • 09:11 – İlham Əliyevin sosial şəbəkə hesablarında Anım Günü ilə əlaqədar paylaşım edildi - Foto 
  • 09:00 – Azərbaycanda Anım Günüdür! 
  • 11:31 – “Minkənd” KSES açıldı, “Tekstil Klasteri”nin isə təməli qoyuldu - Fotolar 

ABŞ Yəməndə husilərin 5 hərbi anbarını vurdu

17-10-2024, 10:01 60 dəfə baxılıb

ABŞ Yəməndə husilərin 5 hərbi anbarını vurdu


ABŞ-nin "B-2 Spirit" bombardmançılarının Yəmən bölgəsində husilərə məxsus beş silah anbarına zərbələr endirib. 

Amerikanın müdafiə naziri Lloyd Ostin anbarlarda husilərin bütün bölgədəki gəmiçiliyə hücum etmək üçün istifadə etdikləri bütün növ silah komponentləri olduğunu söyləyib.

“Bu, ABŞ-nin yerin nə qədər dərinliyində olmasından asılı olmayaraq, düşmənlərimizin əlçatmaz olmağa çalışdıqları hədəfləri vurmaq qabiliyyətinin unikal nümayişi idi”, - nazir Ostin qeyd edib.

Nazirin sözlərinə görə, zərbə üçün "B-2 Spirit" bombardmançılarından istifadə bir daha ABŞ-nin istənilən vaxt, istənilən yerdə qlobal zərbə imkanlarını nümayiş etdirir.

Yəmənin "Almasirah" telekanalının məlumatına görə, ABŞ Səadanın şərq ətraflarında Kəhlan və Əl-Əbla bölgələrinə  zərbələr endirib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO