sonnoqte.az
Xəbər başlıqları
  • 22:32 – İlham Əliyev Naxçıvanda AzTV-yə müsahibə verdi - Fotolar 
  • 22:26 – Əcəmi Naxçıvaninin abidəsinin açılışı oldu - Fotolar 
  • 22:23 – Prezident Döyüş bayraqlarının verilməsi mərasimində - Video-Fotolar 
  • 19:45 – İlham Əliyev xanımı ilə DOST Mərkəzinin açılışında 

Norveç polis əməkdaşları müvəqqəti olaraq silahlandırılacaq - SƏBƏB

9-10-2024, 08:42 37 dəfə baxılıb

Norveç polis əməkdaşları müvəqqəti olaraq silahlandırılacaq - SƏBƏB


Norveç Polis Təhlükəsizlik Xidməti ölkədə terror təhlükəsi səviyyəsinin ortadan yüksəyə (ən yüksəkdən sonra ikinci - red.) qaldırıldığını açıqlayıb.

Müvafiq bəyanatı Skandinaviya ölkəsinin Polis Təhlükəsizlik Xidməti (Politiets sikkerhetstjeneste, PST) yayıb.

Xüsusi xidmət orqanının nümayəndəsi Eyrik Veum bildirib ki, Yaxın Şərqdə vəziyyətin gərginləşməsi səbəbindən PST yəhudimənşəli şəxslərin, sinaqoq ziyarətçilərinin, həmçinin İsraillə əlaqəli təşkilatların daha böyük təhlükə altında ola biləcəyini hesab edir. Onun sözlərinə görə, bununla əlaqədar olaraq adətən silah gəzdirməyən Norveç polis əməkdaşları müvəqqəti olaraq silahlandırılacaq.

“Hazırda PST-nin Norveçdə hər hansı konkret terror planları barədə məlumatı yoxdur, lakin təhdidlərin aşkarlanması üçün daimi iş aparılır”, – Veum vurğulayıb.(Report)






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO