sonnoqte.az
Xəbər başlıqları
  • 11:37 – İlham Əliyev FIFA-nın prezidentini qəbul etdi - FOTO 
  • 11:46 – Prezidentlə xanımı Bakıdakı Zəfər parkında - Video - Fotolar 
  • 10:02 – Prezidentlə xanımı Bakıdakı Zəfər parkında olub 
  • 09:11 – İlham Əliyevin sosial şəbəkə hesablarında Anım Günü ilə əlaqədar paylaşım edildi - Foto 

Trampdan İrana təhdid: Ölkənizi yerlə yeksan edəcəyik

26-09-2024, 11:52 61 dəfə baxılıb

Trampdan İrana təhdid: Ölkənizi yerlə yeksan edəcəyik


"Mən prezident olsaydım, təhdid edən ölkəyə - bu halda həmin ölkə İrandır - onlara deyərdim ki, əgər bu adama hər hansı bir şəkildə zərər versəniz, ən böyük şəhərlərinizi və ölkənizi məhv dərik.  Sizi yerlə yeksan edərik".

Belə bir bəyanatla ABŞ-nin keçmiş prezidenti və Respublikaçılar Partiyasının prezidentliyə namizədi Donald Tramp Şimali Karolinada İranı hədəf alaraq təhdid edib.

Tramp əlavə edib ki, bildiyiniz kimi, mənim həyatıma iki sui-qəsd olub və sui-qəsddə İranın da əli ola da, olmaya da bilər. "Çox güman ki, bunun İranla əlaqəsi var. Amma hələ də bilmirəm", - Tramp deyib.

Prezident Məsud Pezeşkianın BMT-nin 79-cu Baş Assambleyası çərçivəsində Nyu Yorkda səfərdə olduğuna diqqət çəkən Tramp deyib: "Bu arada İran prezidenti ölkəmizdədir və o, böyük bir təhlükəsizlik qüvvəsi tərəfindən qorunur. Buna baxmayaraq, ölkəmizin keçmiş prezidenti və ABŞ-nin növbəti prezidenti olmaq üçün lider namizədi təhdid edirlər".






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO