sonnoqte.az
Xəbər başlıqları
  • 22:32 – İlham Əliyev Naxçıvanda AzTV-yə müsahibə verdi - Fotolar 
  • 22:26 – Əcəmi Naxçıvaninin abidəsinin açılışı oldu - Fotolar 
  • 22:23 – Prezident Döyüş bayraqlarının verilməsi mərasimində - Video-Fotolar 
  • 19:45 – İlham Əliyev xanımı ilə DOST Mərkəzinin açılışında 

Qəzzada məktəbə zərbə endirildi - 100 ölü

10-08-2024, 10:11 62 dəfə baxılıb

Qəzzada məktəbə zərbə endirildi - 100 ölü


İsrail ordusu Qəzza zolağında Əl-Tabain məktəbinə zərbələr endirdiyini bildirib.

İsrail ordusunun məlumatına görə, həmin məktbədə HƏMAS komandanlıq mərkəzində İsrail hərbçilərinə və  dövlətinə qarşı hücumlar planlaşdırılıb.

“Zərbədən əvvəl mülki şəxslərə zərər vurma riskini azaltmaq üçün çoxlu tədbirlər, o cümlədən dəqiq döyüş sursatı, havadan müşahidə və kəşfiyyat vasitələrinin istifadəsi həyata keçirilib”, - deyə İsrail ordusunun Telegram kanalında bildirilir.

Fələstinin WAFA agentliyi və bir sıra digər KİV-in məlumatına görə,  hücum nəticəsində ən azı 100 nəfər həlak olub, onlarla insan yaralanıb. 

Qəzza zolağının mülki müdafiə agentliyinin nümayəndəsi Mahmud Basalın verdiyi məlumata görə, xilasedicilər ölənlərin cəsədlərini çıxarmaq və yaralıları xilas etmək üçün yanğına nəzarət etməyə çalışırlar.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO