sonnoqte.az
Xəbər başlıqları
  • 10:21 – Əliyev Pezeşkiana təşəkkür etdi 
  • 13:20 – Dövlət mülkiyyətində olan əsas vəsaitlərin verilməsi qaydası dəyişib 
  • 12:25 – Prezident onu icra başçısı təyin etdi - Sərəncam 
  • 12:56 – İlham Əliyev Azərbaycanda avtonom nəqliyyat vasitələrinin tətbiqini təsdiqləyib 

İran İsrailə hücum edərsə, bədəli daha ağrılı olacaq - Haneqbi

3-08-2024, 10:42 87 dəfə baxılıb

İran İsrailə hücum edərsə, bədəli daha ağrılı olacaq - Haneqbi


İranın  İsrailə hücum edəcəyi təqdirdə  cavab daha sərt  və bədəli daha ağrılı olacaq.

Bunu İsrail Milli Təhlükəsizlik Şurasının (MTŞ) rəhbəri Tzaxi Haneqbi "Bild"ə müsahibəsində İranın İsrailə hücum edəcəyi təqdirdə ölkəsinin buna necə cavab verəcəyinə aydınlıq gətirərkən deyib.

“Biz əminik ki, düşmənlər bizə qarşı hər hansı hücumun onların təcavüzünə görə peşman olacaq cavabla qarşılanacağını başa düşsünlər”, - Haneqbi deyib.

O əlavə edib ki, bizim İrana tövsiyəmiz bu yolla getməməkdir. "İsrailə hücum Tehranın çox acı bədəl ödəməli olacağı bir şey olacaq. Ümid edirəm ki, bunu etməzlər və bu  səhv olardı", - o qeyd edib. 

İsrail Milli Təhlükəsizlik Şurasının rəhbəri bütün bunlarla yanaşı onu da qeyd edib ki, Təl-Əviv bölgədə genişmiqyaslı müharibə istəmir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO