sonnoqte.az
Xəbər başlıqları
  • 11:17 – Atəşkəs möhkəmlənib, ticarət başlayıb - bəs sülh? 
  • 12:25 – Prezident onu icra başçısı təyin etdi - Sərəncam 
  • 12:56 – İlham Əliyev Azərbaycanda avtonom nəqliyyat vasitələrinin tətbiqini təsdiqləyib 
  • 11:50 – Prezident açılışda - Fotolar 

Pakistan Əfqanıstanı bombaladı: çoxlu ölü

18-03-2024, 13:21 95 dəfə baxılıb

Pakistan Əfqanıstanı bombaladı: çoxlu ölü


Əfqanıstan tərəfdən Pakistanın sərhədə hücumuna cavab olaraq hava hücumu təşkil edib.

Bu barədə Taliban sözçüsü Zabihullah Mücahid məlumat yayıb.

Bildirilir ki. Pakistan tərəfinin hücumu nəticəsində 8 nəfər həyatını itirib, onlardan 3-ü uşaqdır.  

Taliban sözçüsü Zabihullah Mücahid bu hücumu Əfqanıstanın suverenliyinin pozulması kimi  qiymətləndirib. "Pakistan öz ərazisinə nəzarət edə bilməməsi, bacarıqsızlığa və problemlərə görə Əfqanıstanı günahlandırmamalıdır", - Mücahid qeyd edib.

Qeyd edək ki, martın 16-da Əfqanıstan sərhədinə yaxın bir bölgədə hərbi post partlayıcı yüklü avtomobillə hücuma məruz qalıb və azı 7 təhlükəsizlik əməkdaşı həlak olub. 

Pakistan prezidenti Asif Əli Zərdari əsgərlərin dəfn mərasimində iştirak edib və qisas alacağını vəd edib.

İslamabad son vaxtlar artan hücumlara görə Talibanı ittiham edərək onun məsuliyyət daşıdığını bəyan edir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO