sonnoqte.az
Xəbər başlıqları
  • 11:37 – İlham Əliyev FIFA-nın prezidentini qəbul etdi - FOTO 
  • 11:46 – Prezidentlə xanımı Bakıdakı Zəfər parkında - Video - Fotolar 
  • 10:02 – Prezidentlə xanımı Bakıdakı Zəfər parkında olub 
  • 09:11 – İlham Əliyevin sosial şəbəkə hesablarında Anım Günü ilə əlaqədar paylaşım edildi - Foto 

Polşa Rusiyaya nota verdi

30-12-2023, 09:35 124 dəfə baxılıb

Polşa Rusiyaya nota verdi


Polşa Xarici İşlər Nazirliyi raket insidentinə görə Rusiyanın müvəqqəti işlər vəkili Andrey Ordaşı çağırıb.

Bu barədə Polşa XİN-in saytında yerləşdirilən məlumatda deyilir.

“Axşam saatlarında xarici işlər nazirinin müavini Vladislav Teofil Bartoşevski Rusiya Federasiyasının müvəqqəti işlər vəkili Andrey Ordaşı çağıraraq ona nota təqdim edib. Sənəddə  Polşanın hava məkanının qanadlı raketlə pozulmasına dair izahat və bu cür hərəkətləri dərhal dayandırmaq tələb edilib” , - məlumatda qeyd olunur.

Xatırladaq ki, dekabrın 29-da Polşa Silahlı Qüvvələrinin operativ komandanlığı naməlum uçan obyektin respublikanın hava məkanına daxil olması barədə məlumat yayıb. Polşa prezidenti Anjey Duda Müdafiə Nazirliyinin rəhbərliyi ilə təcili iclas keçirib. Polşa Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Vayslav Kukula ölkənin hava sərhədlərinin müvəqqəti olaraq Rusiya raketi tərəfindən pozulduğunu bəyan edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO